Ziyafət ƏSGƏROV: Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır

 

 

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri hesab edir ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır.

“Təəssüf ki, Minsk qrupunun regiona bu dəfəki gəlişi hər hansı bir yeniliklə müşahidə olunmayıb. Məsələ bu cür davam edə bilməz. Həmişə demişik və bu gün də təkidlə tələb edirik ki, onlar Ermənistana təzyiqi artırsınlar”. Bu barədə jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov demişdir.

O, qeyd etmişdir ki, bu məsələnin yubanması sözsüz ki, hər şeydən əvvəl Minsk qrupunun özünün fəaliyyətinə təhlükədir və zərərli haldır, cəmiyətdə belə təəssürat yaranır ki, onlar gəlib-getməklə məşğuldurlar və heç bir iş görə bilmirlər.

Əsgərov qeyd etmişdir ki, bu çox təəssüfləndirici haldır: “Biz dəfələrlə bəyan etmişik, bu münaqişənin sülh yolu ilə həll edilməsi imkanları hələ tükənməyib, amma görsək ki, Ermənistan ancaq imitasiya ilə məşğuldur, danışıqlar xatirinə danışıqlar aparır və yaxud danışıqlardan qaçır, əlbəttə ki, Azərbaycanın imkanları var ki, işğal olunmuş əraziləri azad etsin. Buna kifayət qədər hərbi gücümüz var”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında