Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakıda keçiriləcək Cənubi Qafqaz Forumu ilə bağlı müraciət yaymışdır

 

 

 Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olacaq Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov müraciət yaymışdır.

Müraciətdə deyilir: “Dünyanın siyasi, elmi, mədəni elitasının ən nüfuzlu simalarını gözəl ölkəniz Azərbaycana gətirərək, burada və regionda açıq cəmiyyət mövzusunda müzakirələrin təşkili təşəbbüsü çox önəmli bir addımdır. Belə bir dünya miqyaslı mötəbər tədbirdə iştirak etmək hər birimiz üçün çox önəmli hadisədir”.

Xatırladaq ki, Cənubi Qafqaz Forumunda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, 50-dən çox sabiq dövlət və hökumət başçısı iştirak edəcəkdir.

Forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Fondu və Gəncə Şəhər İcra Hakimiyyətidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında