İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmışdır

 

 

Aprelin 16-da Milli Məclisin sədri Oqtay Əsədov  Azərbaycanda rəsmi səfərdə olan İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Alie ilə görüşmüşdür.

Spiker O.Əsədov Azərbaycan ilə İndoneziya arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirmişdir.

 Qeyd olunmuşdur ki, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial və imkanlar vardır. Bu potensialdan səmərəli istifadə edib mövcud əlaqələri genişləndirmək lazımdır. Bu günə kimi İndoneziya ilə Azərbaycan arasında 5 sənəd imzalanmış, 11 sənəd isə yaxın vaxtlarda Milli Məclis tərəfindən təsdiq (ratifikasiya) olunacaqdır. Bu sənədlərin təsdiqi əməkdaşlığın sürətlənməsi və bütün sahələri əhatə etməsi üçün hüquqi baza yaradacaqdır.

Ticarət əlaqələrindən danışan Milli Məclisin sədri qeyd etmişdir ki, 2011-ci ildə İndoneziya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 950 min ABŞ dolları olmuşdur. Bu, çox yaxşı göstəricidir. Lakin bununla kifayətlənmək olmaz. Qarşılıqlı səfərləri artırmaq, iş adamlarının fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq lazımdır ki, iqtisadi-ticarət münasibətlərimiz hər iki tərəf üçün də faydalı olsun.

Mədəni əlaqələrin və xalqlarımızın yaxınlaşması istiqamətində də addımlar atılır. Bakı Dövlət Universitetində indoneziyaşünaslıq bölməsi yaradılmışdır ki, bu da Azərbaycan gənclərinin İndoneziyanı yaxından tanımaq, onun haqqında ətraflı biliklərə malik olmasına imkan yaradacaqdır.

O.Əsədov demişdir ki, İndoneziya beynəlxalq təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı dəstəkləmişdir.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Alie qeyd etmişdir ki, Nümayəndələr Palatası ölkədə fəaliyyət göstərən siyasi partiyaların təmsilçilərindən formalaşır. Bu gün palatada təmsil olunan bütün siyasi partiyalar Azərbaycanla yaxın əməkdaşlığın tərəfdardırlar. Təsadüfi deyildir ki, Nümayəndələr Palatası Xocalı soyqırımına dair petisiya qəbul edərkən bütün siyasi partiyaların nümayəndələri bu qətliamı pisləmiş və Azərbaycanın ədalətli mövqeyini müdafiə etmişlər.

M.Alie demişdir ki, cari il fevralın 28-də İndoneziya Dövlət Universitetində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxış edərək İndoneziya parlamenti və şəxsən öz adından Xocalı soyqırımını törədənləri qınamış, bunu insanlığa yaraşmayan əməl adlandırmışdır.

İndoneziyanın 1945-ci ildə qəbul olunmuş konstitusiyasında dövlətin hər zaman haqqı və ədaləti müdafiə etməsi təsbit olunmuşdur. Bu baxımdan biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik, onun ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşırıq.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında