YAP Astara rayon təşkilatının konfransı

 

 

Astarada Yeni Azərbaycan Partiyası rayon təşkilatının növbədənkənar konfransı keçirilmişdir.

Konfransa partiyanın ilk təşkilatlarından 300 nəfər nümayəndə dəvət olunmuşdu. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Siyasi Şuranın üzvü Siyavuş Novruzov, YAP mərkəzi aparatının məsul işçisi Mirkamal Seyidov, millət vəkilləri Mirkazım Kazımov, Aslan Cəfərov və rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda iştirak etmişlər. Əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə güllər qoyulmuşdur.

Partiyanın Astara rayon  təşkilatının sədr əvəzi  Faiq Həsənovun siyasi qurumun fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir. Şəhər 4 saylı tam orta məktəbin müəllimi Aygül Məmmədova,  6 saylı tam orta məktəbin direktoru Rinat Fərzəliyev, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova çıxış etmişlər.  

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Siyasi Şura üzvü, Siyavuş Novruzov, millət vəkili Mirkazım Kazımov konfransda çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyasının inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini daha geniş və uğurla davam etdirdiyini nəzərə çatdırmışlar.

Konfransda təşkilati məsələyə baxılmış, YAP rayon təşkilatının Siyasi Şurası və idarə heyətinin yeni tərkibi seçilmişdir.

Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov YAP rayon təşkilatının sədri seçilmişdir.

İcra hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Qəzənfər Ağayev rayon təşkilatının yeni seçilmiş sədrinə və bütün heyətə fəaliyyətləri dövründə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, YAP ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmış, ulu öndərin və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir. Ölkəmizin yüksək inkişafını Astara rayonunun timsalında da aydın görmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına son bir ildə rayonda Olimpiya İdman Kompleksi, YAP rayon təşkilatı üçün yeni inzibati bina, bir neçə məktəb və digər obyektlər inşa edilmiş, yollar asfaltlaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

— Bu il həm də xalqımız və dövlətimiz üçün mühüm bir siyasi kampaniya olan Prezident seçkiləri ili kimi yadda qalacaq. Çox böyük inam var ki, bütün Azərbaycan xalqı bu seçkilərdə ölkəmizi daha uğurlu sabahlara aparan partiyamızın liderinə - cənab İlham Əliyevə səs verməklə tarixinin ən şanlı səhifələrini yazacaq.

Sonda konfrans iştirakçıları adından Azərbaycan  Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Ə.ƏLİYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında