Yeni Azərbaycan Partiyasının sədr müavini Qusar və Qubada partiya fəalları ilə görüşmüşdür

 

 

Aprelin 13-də Qusar və Qubada Yeni Azərbaycan Partiyasının (YAP) fəalları ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, Qusardakı fəallarla keçirilmiş görüşdə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Azər Badamov və Siyavuş Novruzov da iştirak etmişlər.

Görüşdə çıxış edən Əli Əhmədov YAP-ın son 20 ildə Azərbaycanın hərtərəfli inkişafında aparıcı qüvvə olduğunu vurğulamışdır. Bildirilmişdir ki, dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə bu partiyanın və onun hər bir üzvünün özünəməxsus töhfələri vardır. Azərbaycanın əldə etdiyi bütün uğurlar ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır.

Əli Əhmədov YAP-ın Qusar rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək qeyd etmişdir ki, təşkilat partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töhfələrini verməkdədir.

Ə.Əhmədov bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirmişdir.

Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov qeyd etmişdir ki, ölkəmizin ən ağır vaxtlarında dövlətçiliyimizi xilas etmək və müstəqilliyimizi qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövrdə uğurlu fəaliyyəti ilə xalqın etimadını doğrultmuşdur.

YAP-ın Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov partiyanın rayon fəallarının prezident seçkilərində yekdilliklə dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərini vurğulamışdır.

Günün ikinci yarısında Əli Əhmədov və Milli Məclisin deputatları partiyanın Quba rayon təşkilatının fəalları ilə görüşmüşlər.

Heydər Əliyev Mərkəzində keçirilmiş görüşdən əvvəlcə tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.

Burada keçirilmiş görüşdə də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan söz açılmışdır.

Əli Əhmədov tədbirdə çıxış edərək demişdir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini daha da möhkəmləndirmişdir. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır.

Qeyd olunmuşdur ki, bu gün YAP öz sıralarında 600 minə yaxın insanı birləşdirir. Partiyanın üzvləri əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bildirilmişdir ki, gənclərlə iş daim diqqət mərkəzində olmalı, qadınların ictimai-siyasi işlərə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.

Diqqətə çatdırılmışdır ki, respublikada gedən inkişaf özünü regionlarda, o cümlədən Qubada da göstərməkdədir. Rayonda bütün sahələrdə uğurlar əldə edildiyi bildirilmiş, bunun regionların sosial-iqtisadi inkişafına dövlətimizin xüsusi diqqət ayırması sayəsində mümkün olduğu vurğulanmışdır.

Qeyd edilmişdir ki, qubalılar dövlətimizin başçısının siyasətini bəyənirlər və bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında