Mübariz QURBANLI: Qondarma Ziyalılar Forumunun çağırışı “stəkanda fırtına”dan başqa bir şey deyil

 

 

Qondarma Ziyalılar Forumunun və müxalifətin Facebook səhifəsində cəhdləri heç bir nəticə verməyəcək, çünki Azərbaycan gəncliyi, bütövlükdə internet səhifələrində yazan, iştirak edən vətəndaşlar dövlətimizi, dövlət müstəqilliyimizi və dövlət maraqlarını hər şeydən uca tutanlardır.

Bunu cümə axşamı Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı forumun aprelin 10-da keçirilən toplantısında səslənən fikirlərə münasibət bildirərkən demişdir.

“Bu cür Ziyalılar Forumu deyilən dırnaqarası qurumun üzvlərinin çağırışı ”stəkanda fırtına"dan başqa bir şey deyil. Buyursunlar, biz hər sahədə onlarla açıq siyasi mübarizə aparmağa hazırıq. İdeoloji sahədə, digər sahələrdə biz onlarla polemikaya hazırıq və hesab edirəm ki, ideoloji-siyasi cəhətdən də üstünlüyümüzü daim nümayiş etdiririk”, -deyə Mübariz Qurbanlı bildirmişdir.

Qeyd edək ki, “Ziyalılar Forumunun” toplantısında “El” hərəkatının dəstəbaşçısı Eldar Namazov Facebookda “beyin fırtınası” keçirə biləcək qrupun yaradılması və problemlərin virtual aləmdə daha geniş formatda müzakirə edilməsi təklifi ilə çıxış etmişdir.

M. Qurbanlı qondarma qurumun toplantısında səsləndirilən bu fikri “stəkanda fırtına” adlandırmışdır:

“Məşhur bir söz var “stəkanda fırtına”. Bunu o zaman deyirlər ki, hər hansı bir siyasi şəxs və ya hər hansı bir siyasi təşkilat iddiasından artıq bəyanatlar verir və cəmiyyətə, ictimaiyyətə özünü böyük partiya və ya böyük aparıcı qüvvə kimi təqdim etmək istəyir. Bu zaman çox dəyərli bir fikir söylənilir ki, bu sadəcə “stəkanda fırtına” qopartmaqdır. Ona görə də mən Ziyalılar Forumu deyilən qurumun toplantısında səsləndirilən bu fikri elə “stəkanda fırtına” hesab edirəm".

Deputatın fikrincə, Ziyalılar Forumu deyilən qondarma qurum özündə cəsarət tapıb onun üzvü olan və erməni təbliğatında alət rolunda çıxış edən şəxsləri tənqid etmək əvəzinə, bu cür çağırışlar edirsə, ilk əvvəl özünə baxmalıdır, özünü güzgüdə görməyə çalışmalıdır: “Onların dəbdəbəli şəkildə cəmiyyətə təqdim etmək istədikləri Əkrəm Naibov ”Daş yuxular" romanını yazaraq erməni təbliğatında iştirak edir. Onların dəbdəbəli şəkildə cəmiyyətə təqdim etmək istədikləri Rüstəm İbrahimbəyov da xarici agentliyə verdiyi müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı və Dağlıq Qarabağ ilə əlaqədar yanlış, tarixə zidd və bütövlükdə ümummilli maraqlarımıza zidd olan fikirlər səsləndirdi".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında