Hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə nifrət etməlidir

 

 

Azərbaycan vətəndaşlarının hər biri Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov demişdir.

“Özünü azərbaycanlı ziyalı adlandıran Rüstəm İbrahimbəyov Qarabağ torpağının Azərbaycanın olduğuna şübhə ilə yanaşır. Belə hesab edirəm ki, bu, Azərbaycanın milli maraqlarına, Qarabağ savaşına vurulan çox ciddi bir zərbədir”, - deyə Əli Əhmədov Rüstəm İbrahimbəyovun “Rosbalt” informasiya agentliyinə müsahibəsini şərh edərkən bildirmişdir.

YAP rəsmisi çox təəssüf hissi ilə qeyd etmişdir ki, belə bir adam öz ətrafına digər ziyalıları toplayıb siyasi proseslərə qoşulmaq niyyətindədir: “Belə çıxır ki, siyasi iddialarını ortaya qoyan bir adam Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasına şübhə ilə yanaşırsa, onun siyasi strategiyası da, siyasi məfkurəsi də yalnız bu prinsiplər əsasında formalaşacaq. Mən bunu qətiyyətlə pisləyirəm. Bunu Azərbaycan mövqelərinin ermənilər qarşısında satılması hesab edirəm”.

Əli Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyəti, hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibətini bildirməlidir: “Mən düşünmürəm ki, Azərbaycanda elə bir vətənpərvər tapılsın ki, o desin ki, Dağlıq Qarabağ ermənilərindir. Dağlıq Qarabağ problemi ilə əlaqədar hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycanın maraqlarına bundan artıq zərbə vuracaq bir fikir təsəvvür etmək mümkün deyil. Ermənilər Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın vəziyyətdədir. 20 ildən artıqdır ki, azərbaycanlı qaçqınlar ağır vəziyyətdə yaşayırlar. Azərbaycan hökuməti bu problemi həll etmək üçün böyük səylər göstərir. Sübut etməyə çalışırıq və nail oluruq ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycan torpağı olmadığını ermənilərdən savayı kimsə qəbul etmir. Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına dünyada kimsə şübhə ilə yanaşmır. Bütün dünya bu gün Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin üzərində düşünür”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Rosbalt” informasiya agentliyində müsahibəsində SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirmişdir. O, qeyd etmişdir ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında