Rusiya müdafiə nazirinin müavini: Rusiya hərbçilərinin Qəbələ RLS-i tam tərk etməsi avqustda başa çatacaq

 

 

Rusiya hərbçilərinin Qəbələ Radiolokasiya Stansiyasını (RLS) tam tərk etməsi avqust ayınadək başa çatacaq.

APA-nın məlumatına görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirmişdir.

Onun sözlərinə görə, Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı işlər Azərbaycan-Rusiya komissiyaları çərçivəsində davam edir: “Əmlakın inventarlaşdırılmasını nəzərdə tutan birinci mərhələ artıq başa çatmışdır. İkinci mərhələdə bizim hərbçilərimizin və yüklərin Azərbaycan Daxili Qoşunlarının mühafizəsi altında Rusiyaya ötürülməsi həyata keçiriləcək. Bütün işlər bu ilin avqustuna qədər qurtarmış olmalıdır”.

Qeyd edək ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar Rusiya 2012-ci ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırmışdır. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb etmişdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında