ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinə dair birgə bəyanat yaymışlar

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik aprelin 9-da növbəti birgə bəyanat yaymışlar.

Bəyanatda bildirilir ki, həmsədrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında tərəflər arasında vasitəçilik etmək məqsədi ilə martın 18-dən 22-dək və aprelin 1-dən 6-dək regionda səfərdə olmuşlar. Aprelin 9-da isə həmsədrlər ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin səfirlərini danışıqların gedişatı barədə məlumatlandırmaq məqsədi ilə Vyanada brifinq keçirmişlər.

Bəyanatda qeyd olunur ki, həmsədrlər Yerevanda və Bakıda dövlət başçıları və xarici işlər nazirləri, eləcə də Dağlıq Qarabağa ayrı-ayrılıqda etdikləri iki səfər çərçivəsində yerli özünüidarə orqanlarının təmsilçiləri ilə görüşlər keçirmişlər. Onlar aprelin 4-də və 5-də qoşunların təmas xəttini keçməklə hər iki tərəfdə vəziyyətlə bağlı məlumatlandırılmışlar.

Həmsədrlər bəyanatda Novruz və Pasxa bayramları dövründə təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd etmiş və bu vəziyyətin davamlı olacağına ümidvar olduqlarını bildirmişlər.

Sənədin sonunda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri sülh prosesinə sadiq olduqlarını vurğulamış və bu istiqamətdə səylərini davam etdirəcəklərini bildirmişlər. Həmsədrlər yaxın həftələrdə sülh danışıqları prosesini irəlilətmək üçün Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında