Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin dinamik inkişafının böyük əhəmiyyət daşıdığı vurğulanmışdır

 

 

Aprelin 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, forumun işini yüksək qiymətləndirən litvalı qonaq bu nüfuzlu beynəlxalq tədbirin dünya və region ölkələrinin iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Daha sonra Alqirdas Butkeviçius uğurla həyata keçirilən Heydər Əliyev neft strategiyasının qısa vaxt ərzində Azərbaycanı regionun lider dövlətinə çevrildiyini məmnunluqla qeyd etmişdir. Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyinə diqqəti yönəldən qonaq ölkələrimizdə hərtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu söyləmişdir.

Azərbaycan iqtisadiyyatının uğurlarından söz açaraq, respublikamızın təşəbbüsü ilə həyata keçirilən qlobal nəqliyyat və energetika layihələri barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasizadə, daha sonra ölkəmiz və xalqımız üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Bu məsələnin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edən Artur Rasizadə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolu ilə həllinə alternativ olmadığını vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında