Ariel KOEN: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalıdır”

 

 

Vaşinqtonda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icra edilməməsi məsələsi müzakirə olunmuşdur

Vaşinqtonun aparıcı araşdırma mərkəzlərindən biri olan Ceymstaun Fondu (Jamestown Foundation) BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamənin qəbul edilməsinin 20-ci ildönümü ilə əlaqədar “Birləşmiş Millətlər Təşkilatı və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara baxış” adlı tədbir təşkil etmişdir. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starın moderatorluq etdiyi tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev, Heritage Fondunun baş elmi işçisi Ariel Koen məruzə ilə çıxış ediblər.

“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin hüquqi əhəmiyyəti”  mövzusunda çıxış etmiş Tofiq Musayev beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması baxımından beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyindən bəhs etmişdir. T. Musayev BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin icra edilmədən qalmasının hazırkı mərhələdə münaqişənin həllində irəliləyişə mane olan əsas amil kimi dəyərləndirərək  Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyin heç bir beynəlxalq hüquqi əsasa malik olmadığını vurğulamışdır.

Heritage Fondunun baş elmi işçisi Ariel Koen öz çıxışında  münaqişənin həllini beynəlxalq güclərin mövqeyi, eləcə də regional reallıqlar kontekstində təhlil edərək, Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın bu istiqamətdə səylərinin artırmasına ehtiyac olduğunu qeyd etmişdir.

Öz növbəsində, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starr Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olması naminə yeni yanaşmaların zəruri olduğunu vurğulayaraq bölgənin gələcəyinin regionun hər üç ölkəsinin qarşılıqlı əməkdaşlığından asılı olduğunu bildirmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında