Əli HÜSEYNLİ: “ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil”

 

 

 “ATƏT-in Azərbaycandakı nümayəndəliyinin hazırkı statusunun dəyişdirilməsini tam dəstəkləyirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir.

 Komitə sədri qeyd etmişdir ki, Azərbaycan artıq sosial-iqtisadi inkişaf səviyyəsinə görə ATƏT ilə bu səviyyədə əməkdaşlıq etməli deyil: “Yəni ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil. Ona görə də bununla bağlı bir dialoq oldu və bizim də öz mövqeyimiz var. Hesab edirəm ən azından tərəflər başa düşməlidirlər ki, Azərbaycan, məsələn, beynəlxalq iqtisadi forumun keçirildiyi bir dövlətdir, ilk Avropa oyunlarının keçirildiyi bir ölkədir. Bütün bunlar isə artıq tam təhlükəsizlik və sosial inkişaf deməkdir. Eyni zamanda biz çoxlu sayda ictimai, siyasi və qlobal məsələlərə ev sahibliyi edirik və s. Yəni Azərbaycan dövlətinin hazırkı statusu artıq kifayət qədər yüksək səviyyədədir və ATƏT də Bakı ofisinin statusunu buna görə müəyyənləşdirməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında