“Washington Times”: ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox şey edə bilər

 

 

ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox şey edə bilər. Trend-in məlumatına görə, bu barədə politoloq, “Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının müəllifi Aleksandros Petersenin “Washington Times” qəzetinin saytında yerləşdirilən məqaləsində deyilir.

Müəllifin yazdığına görə, ötən ayın sonunda ABŞ dövlət katibi Con Kerri Ermənistan Prezidentinə göndərdiyi məktubda bildirib ki, ABŞ münaqişədə status-kvonun saxlanılmasından məmnun ola bilməz.

Məqalədə qeyd edilir ki, münaqişənin nizamlanması ABŞ-ın marağındadır, çünki münaqişə istənilən an ətrafa yayıla və İrandan şimala və Türkiyədə NATO sərhədlərindək olan ərazidə qeyri-sabitlik yarada bilər.

Müəllifin qənaətincə, münaqişə ocağı, həmçinin Xəzərdən Avropaya gedən dünyanın ən vacib enerji arteriyalarının birinin bilavasitə yaxınlığında yerləşir: “ABŞ Rusiya və İran arasında Qafqaz regionu vasitəsilə boru kəmərləri və nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməyə on illərlə vaxt itirib. Gələcəkdə münaqişənin təkrarən qızışması, həmçinin Əfqanıstandan qoşunların çıxarılması planını təhlükə altında qoya bilər”.

Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa, Rusiyadır. Müəllifin fikrincə, münaqişənin indiyədək həll edilməməsinin əsas səbəblərindən biri odur ki, oyunçulardan biri münaqişənin uzadılmasında maraqlıdır.

Petersen qeyd edib ki, Rusiya Ermənistanın yaxın müttəfiqidir və Qafqazda hərbi qüvvələrə dəstək göstərilməsində dərin strateji maraqları var. Məqalədə deyilir ki, Rusiya Ermənistan ərazisində hərbi bazalarını saxlayır, Rusiya qoşunları Ermənistanın sərhədlərini qoruyur, bu ölkənin firmaları isə enerji sektoru daxil olmaqla Ermənistan iqtisadiyyatının böyük hissəsinə nəzarət edir.

Müəllifin fikrincə, dövlət katibi Kerri üçün münaqişə ilə tanışlıq ABŞ-a Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı strategiyasını hazırlamağa imkan verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında