Azərbaycan-Rumıniya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin müşaviri Yulian Kifunu ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərinin diqqətə çatdırıldığı görüşdə bu işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır. Həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi də aparılmışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkə vətəndaşlarının sosial rifahının yüksəldiyini diqqətə çatdırmışdır.

Yulian Kifu ölkəmizdə dinamik iqtisadi inkişafın müşahidə olunduğunu bildirmişdir.

Görüşdə, həmçinin regionda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında