Kanada parlament nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilmişdir

 

 

Azərbaycanda səfərdə olan Kanada parlamenti İcmalar Palatası sədrinin müavini Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 4-də

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşmüşdür.

Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Bildiilrmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa olunması tələb edilmişdir.  ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanmalıdır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.

Əli Həsənov ölkəmizdə son doqquz ildə bir milyondan çox iş yerinin açıldığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, Azərbaycanın dünyada ən yüksək sürətlə inkişaf edən dövlət olduğunu qonaqların diqqətinə çatdır- mışdır. Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini, Prezident İlham Əliyevin bu istiqamətdə uğurlu, məqsədyönlü siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artdığını qeyd etmişdir.

Komitə sədri qonaqlara qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Vurğulanmışdır ki, 1990-cı illərin əvvəllərində Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması üçün praktiki olaraq heç bir imkanı yox idi. Ancaq həmin dövrdə bir sıra beynəlxalq humanitar təşkilatlar, o cümlədən  Kanada təşkilatları ölkəmizə bu istiqamətdə yardım göstərmişlər.

Azərbaycan-Kanada münasibətlərinə toxunan Əli Həsənov, əlaqələrimizin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsinə töhfəsini verəcəkdir.

Barri Devolin Azərbaycanda müşahidə etdikləri sürətli inkişafdan, tolerantlığın yüksək səviyyəsindən məmnunluqlarını bildirmiş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulamışdır.

Sonda qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında