Əli Həsənov: Azərbaycan iqtidarı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə görüşləri davam etdirəcəkdir

 

 

Azərbaycan iqtidarı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları, o cümlədən seçki institutları, qeyri-hökumət təşkilatları ilə görüşlərini davam etdirəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində demişdir.

Əli Həsənov bildirmişdir ki, görüşlərdə seçki mövzusunu, seçki prosesinin təşkili və seçkilərin daha şəffaf, demokratik keçirilməsi ilə bağlı məsələlər müzakirə ediləcəkdir.

Prezident Administrasiyasının rəsmisi demişdir: “Bundan məqsəd ondan ibarətdir ki, bu ümumrespublika əhəmiyyətli tədbiri tam demokratik, şəffaf keçirək, bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar həmin müzakirələrdə iştirak etsin və hər kəs seçkinin nəticəsindən razı qalsın.

Hər bir seçki prosesi tək bir ölkənin milli məsələsi deyildir. Eyni zamanda, seçkilər ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliyinə, beynəlxalq aləmlə əlaqələrinin gələcəyinə və digər məsələlərə təsir göstərir. Bu mənada xarici dost, tərəfdaş dövlətlərlə yanaşı, rəqib dövlətlər də var - bu dövlətlərin hər biri Azərbaycanda keçirilən seçkilərə öz maraqları və Azərbaycanla münasibətlərin çərçivəsində yanaşırlar. Xarici dövlətlərin təsiri hər zaman istər-istəməz vardır".

Ə.Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycanla uzun müddət siyasi, iqtisadi, sosial münasibətləri olan, dostluq çərçivəsində fəaliyyət göstərən dövlətlər var və bu dövlətlər də istər-istəməz seçkilərə təsir  edirlər. Azərbaycan seçkilərdə iştirak edən ayrı-ayrı elektorat xarici QHT-lərlə münasibətlərə malikdir. Onlar da müəyyən təsir göstərə bilər.

Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, bütövlükdə hər bir ölkədə seçkinin taleyini həmin ölkənin xalqı, seçicisi müəyyən edir. Biz də çalışırıq ki, seçki prosesini xarici dairələrin, dövlətlərin asılılığından maksimum xilas edək, vətəndaşlar seçim edərkən, seçkiyə gələrkən yalnız öz iradələrindən çıxış etsinlər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında