ABŞ-ın Ayova ştatı 31 Mart Soyqırımını tanıyan qətnamə qəbul etmişdir

 

 

ABŞ-ın Ayova ştatının qanunverici orqanı Nümayəndələr Palatasında  31 Mart Azərbaycanlıların Soyqırımının 95 illiyini və Azərbaycanın anım gününü tanıyan qətnamə qəbul edilmişdir. “Pax Turcica” İnstitutunun  həyata keçirdiyi illik məlumatlandırma kampaniyası nəticəsində, ABŞ-ın Ayova ştatının qanunverici orqanının nümayəndəsi David Jacoby və senator Robert Dvorsky 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 95 illiyinın qeyd olunmasına dair bəyanatla çıxış etmişlər. Qanunverici orqanın nümayəndəsi tərəfindən  imzalanmış bəyannamə Azərbaycan-Amerika Şurasının (AAŞ) Ayova nümayəndəliyinə təqdim edilmişdir. 

Bəyannamədə qeyd edilir ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun Partiyası) silahlı qrupları bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər şəhərlərində  20.000 azərbaycanlını və digər  müsəlman xalqlarının nümayəndələrini vəhşicəsinə qətlə yetirmişlər. Bu faciə Qafqaz və Anadoluda böyük bir dövlət yaratmaq istəyən erməni millətçiləri tərəfindən həyata keçirilmiş kütləvi qırğınların bir hissəsi idi. Qətliamlar zamanı bir milyon azərbaycanlı və 2,5 milyona yaxın türk, kürd, müsəlman olan digər millətlər soyqırımına məruz qalmış və ya XX əsr boyu öz torpaqlarından deportasiyaya məruz qalmışlar. 

Qeyd edək ki, 2012-ci ildə Nyu-York Senatı 31 Mart Azərbaycanlıların Soyqırımını ilk dəfə qanunverici orqan səviyyəsində tanımış və qətnamə qəbul etmişdir. Bu ilin martında isə Nyu-Cersi Ştatının Baş Assambleyası azərbaycanlıların soyqırımının tanınması və 31 martın anım günü kimi qeyd edilməsi haqda qətnamə qəbul etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında