ICAO-nun baş katibi: Azərbaycanın işğal olunmuş ərazisindəki “Xocalı” aeroportunun istismarı yolverilməzdir

 

 

 

 

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Fuad Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) VI Ümumdünya Avianəqliyyat konfransında iştirak etmişdir. Bu barədə APA-dan məlumat vermişlər.

 Konfransın gedişində avianəqliyyat sahəsinin inkişafı məsələləri müzakirə edilmiş, ICAO-nun uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə bağlı məruzələr dinlənilmişdir.

 Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ICAO-nun Baş katibi Raymon Benjaminlə görüşmüşdür. Görüşdə əməkdaşlığın perspektivləri, eləcə də hava daşımalarının təhlükəsizliyinin artırılması ilə bağlı problemlər müzakirə edilmişdir. R. Benjamin Azərbaycanın işğal olunmuş ərazisində, hərbi qarşıdurma zonasında yerləşən lXocalı» mülki hava limanının istismarının yolverilməzliyi barədə ICAO-nun mövqeyini ifadə etmişdir.

 ICAO baş katibi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi bütün qətnamələri dəstəklədiyini bildirmişdir. O həmçinin vurğulamışdır ki, Azərbaycan tərəfinin icazəsi olmadan və sertifikatlaşdırma keçirilmədən “Xocalı” hava limanını birtərəfli qaydada istismara vermək cəhdləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə böyük zərbə vurmaqla Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, həmçinin beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması kimi qiymətləndirilir.

 Tədbir çərçivəsində Avropa Birliyi nümayəndə heyətinin xahişi ilə Avropa Birliyi ilə Azərbaycan arasında “Birgə səma” Sazişi mətninin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 Konfransın gedişində həmçinin Avropa Mülki Aviasiya Konfransının müşavirəsi olmuşdur. İştirakçılar regionda mülki aviasiyanın inkişaf perspektivlərini, həmçinin 2013-cü ilin 24 sentyabr - 4 oktyabr tarixlərində Monrealda keçiriləcək ICAO Assambleyasının 38-ci sessiyası zamanı nəzərdə tutulan seçkilərdə Türkiyənin Qara Dəniz-Xəzər rotasiya qrupunun tərkibində iştirakını müzakirə etmişlər.

 Tədbirdə ABŞ, Yəmən, Macarıstan, Ukrayna, Banqladeş və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri ilə mülki aviasiya sahəsində ikitərəfli dövlətlərarası əlaqələrin inkişafı məsələləri ətrafında müzakirələr aparılmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında