Bayram SƏFƏROV: “Qarabağdakı ermənilər ilk fürsət düşən kimi oradan qaçırlar”

 

 

 

 

“Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vermişdir. O demişdir ki, icma BMT-nin məlum qətnaməsinin yerinə yetirilməməsinə öz etirazını bildirir. Bununla bağlı təmsil etdiyi qurumun bəyanatı da olacaq.

B. Səfərov “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq arenada fəaliyyətinin aktiv olduğunu vurğulamışdır: “Dünyanın bir çox ölkələrində davamlı tədbirlər keçirilir. Gənclərin iştirakı ilə həyata keçirilən tədbirlərin sayı artmışdır”.

 Ermənilərin Azərbaycan ictimaiyyətini və dünyanı aldatmağa yönələn dezinformasiya xarakterli xəbərlər yaydığını da qeyd edən B. Səfərov bildirmişdir ki, nə Kəlbəcərdə, nə Şuşada, nə də Qarabağın digər bölgələrində yaşayış var: “Ermənilərin sayı o qədər deyil ki, həmin ərazilərdə əhalinin sayını artırsın. İnanın ki, ermənilər İrəvan əhalisini normal dolandıra bilmir, sosial problemlərini həll edə bilmir. Bütün bunlar ermənilərin yalan informasiyası və dələduzluğudur. Qarabağdan olan ermənilər öz yerlərində yaşaya bilmirlər, ilk imkan düşən kimi oradan qaçırlar. Yəni Kəlbəcərdə və ya digər bölgədə ermənilərin məktəb inşa etməsi, hələ onların sayının artmasından, inkişafından xəbər vermir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında