Mərkəzi Seçki Komissiyasının iclası

 

 

Aprelin 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK katibliyi media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın fevralın 18-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişikliklər edilməsi barədə məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 13 saylı Xəzər birinci seçki dairəsi müvafiq olaraq 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər ikinci seçki dairəsi isə 14 saylı Xəzər seçki dairəsi adlandırılsın. Bundan əlavə, Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanununa uyğun olaraq 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin ərazilərinin tərkibində müvafiq dəyişikliklər edilmişdir.

Komissiya bir sıra normativ xarakterli aktlara da dəyişikliklər barədə qərarlar qəbul etmişdir.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.

Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında