Nyu-Cersi ştatının Assambleyası azərbaycanlıların soyqırımını tanımışdır

 

 

ABŞ-ın Nyu-Cersi ştatının  Assambleyası martın 31-ni Azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü kimi tanıyan qətnamə qəbul etmişdir. 

Sənəddə deyilir ki, silahlı erməni daşnak-bolşevik dəstələri 1918-ci ilin martında Bakı, Quba və Şamaxıda, habelə Bakı quberniyasının digər yaşayış məntəqələrində dinc azərbaycanlılara divan tutmuşdur. Təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.

Assambleyanın sədri Şeyla Oliver tərəfindən imzalanmış qətnamə  Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəriyə təqdim edilmişdir.

Qətnamədə deyilir ki, 1918-ci ilin mart hadisələri zamanı 20 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Azərbaycanlıların soyqırımını “dünya  tarixində ən çox qınanan qanlı azğınlıqlardan biri” adlandıran Nyu-Cersi parlamentinin deputatları Azərbaycanın şəhər və kəndlərində misli görünməmiş vəhşiliklər törətmiş silahlı daşnak-bolşevik dəstələrinin hərəkətlərini pisləmişlər.

 Yusif BABANLI

AzərTAc

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında