Baş nazirin müavini Elçin Əfəndiyev Türkmənistanda səfərdə olmuşdur

 

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Beynəlxalq Novruz bayramında iştirak etmək üçün Türkmənistanda səfərdə olmuşdur.

 Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədov ilə görüşən Elçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş türkmən xalqına salamlarını və bayram təbrikini çatdırmışdır.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, o cümlədən  iqtisadi və mədəni əlaqələrin uğurlu inkişafı istiqamətində bir sıra addımların atıldığı qeyd edilmiş, iqtisadiyyatın müxtəlif strateji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Elçin Əfəndiyev iki ölkə xalqlarının əsrlər boyu davam edən qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsindən danışmış, gələcəkdə bu ənənənin davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Sonda Türkmənistan Prezidenti Azərbaycan dövlətinin başçısına, Azərbaycan xalqına onun xoş arzularını və bayram təbrikini çatdırmağı xahiş etmişdir.

İlahə ƏHMƏDOVA

AzərTAc

Aşqabad


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında