BMT: Bakı konfransı terrorizmlə mübarizədə yeni təkliflər hazırlamağa kömək etdi

 

 

Bakı konfransı terrorizmlə mübarizədə yeni təkliflər hazırlamağa kömək etdi. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotov demişdir.

“İndiyədək terrorizm üzrə belə səviyyədə konfrans keçirilməmişdir. Konfrans çərçivəsində müəyyən təkliflər irəli sürülüb ki, həmin təkliflər də BMT-nin kontrterrorizm strategiyası, bütün istiqamətlərdə terrorizmlə mübarizə və ən əsası, terrorizmin xəbərdar edilməsi məsələləri çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən istifadə edilə bilər”, - deyə Fedotov Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Beynəlxalq konfrans çərçivəsində bildirmişdir.

İndiyədək terrorizmin tərifi verilməyib və buradan müxtəlif növ problemlər təşəkkül tapır. Fedotov qeyd etmişdir ki, buna görə də beynəlxalq ictimaiyyət terrorizmə nə qədər tez tərif versə, bir o qədər yaxşı olacaq.

Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə suallarını cavablandıran Fedotov bildirmişdir ki, BMT ölkələri ümid edir ki, Azərbaycan və Ermənistan gec, ya tez iki ölkəni ayıran məsələləri sülh yolu ilə həll edə biləcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında