Mübariz ƏHMƏDOĞLU: Van-İrəvan aviareysinin işə düşməsi Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir

 

 

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu şənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səbəb olacaq bu addım Türkiyənin Prezidenti, Baş naziri, parlamentin spikeri və digər rəsmilərinin dəfələrlə verdikləri rəsmi bəyanatlar və nümayiş etdirdikləri mövqe ilə daban-dabana ziddir: “Türkiyə hökumətinin rəsmi icazəsi olmadan heç bir təyyarənin uçuşuna icazə verilə bilməz. Pulunun miqdarından asılı olmayaraq, heç bir sahibkarın səmaya təyyarə qaldırmağa ixtiyarı yoxdur.Bundan əlavə, rəsmi Ankara Van aeroportunda sərhəd-keçid məntəqəsi təşkil etmək məcburiyyətindədir. Eləcə də Türiyə Xarici İşlər Nazirliyinin əməkdaşları həmin aeroportda pasport-viza xidmətini təşkil etməlidirlər. Bir daha aydın olur ki, Van-Yerevan aviareysinin açılması Türkiyə rəsmilərinin birbaşa iştirakı ilə reallaşdırılır.

Politoloq hesab edir ki, Ermənistan Türkiyə-Azərbaycan münasibətlərinə dair nə iş görürsə, əsas hədəf Türkiyə deyil, Türkiyə-Azərbaycan münasibətləri və Azərbaycandır. Van-Yerevan aviareysi Azərbaycan-Türkiyə münasibətlərinə birbaşa təhdiddir: “Ermənilər və onların havadarları Azərbaycan-Türkiyə münasibətlərini yenidən sınağa çəkmək istəyirlər. Van-Yerevan aviareysinin iqtisadiyyat və turizmlə qətiyyən əlaqəsi yoxdur – sırf siyasi layihədir. Ermənistanla əməkdaşlıq edən, hətta adı əməkdaşlıqda keçən Türkiyə şirkətlərinin məhsullarının Azərbaycana daxil olmasına qadağa qoyula bilər. Van vilayətinin Azərbaycanla bütün iqtisadi əlaqələrinin kəsilməsi məsələsinin gündəliyə gətirilməsi mümkündür. Van vilayətindən çıxmış iş adamlarının rəhbərlik etdikləri şirkətlərin məhsullarının boykotu başlana bilər. Van vilayətinin Ermənistanla əlaqələrdən qazancı Azərbaycanla əlaqələrin kəsilməsi zamanı itkilərindən daha az olacaq”.

Bununla yanaşı, mərkəzin direktorunun fikrincə, Türkiyənin bu məsələdə mövqeyi mütləq dəyişəcək.Çünki bu addım Türkiyə hökumətinin və dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında