Azərbaycan siyasiləri Van-İrəvan aviareysinin açılmasına kəskin münasibət bildirmişlər

 

 

“Biz bunu  qətiyyətlə pisləyirik”. Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev İrəvan-Van aviareysinin açılışı ilə bağlı məsələyə münasibət bildirərkən demişdir.

Millət vəkili hesab edir ki, Türkiyə Dağlıq Qarabağın işğal edilməsini əsas götürüb Ermənistanla diplomatik əlaqələr qurmursa, lakin, Gürcüstan üzərindən əlaqələr yaradırsa, eləcə də Ermənistan əhalisinin Türkiyədə işləməsinə şərait təşkil edirsə, bu zaman sərhədlərin bağlı qalması formal xarakter daşıyır: “Bəlkə də bu, imkan verir ki, Türkiyənin indiki səfiri kimi minnət qoysunlar ki, heç bir dövlət Türkiyədən fərqli olaraq Ermənistanla sərhədləri bağlı saxlamır. Hesab edirəm ki, Azərbaycan mane olmamalıdır.  İstəyirlər lap sərhəddi də açsınlar. Onsuz da heç nə dəyişmir. Yüz minlərlə qanunsuz miqrantlar Türkiyədə işləyir, Ermənistana vəsait göndərirlər”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, işğalçı rejimlə, o cümlədən Dağlıq Qarabağda yaranmış separatçı rejimlə hər hansı təmasa biz qısqanclıqla yanaşırıq. Xüsusilə də o təmas bizim dost dövlətlər tərəfindən olanda. Biz bu ölkə ilə istənilən təmasa işğalçı rejimin gücləndirilməsi faktoru kimi yanaşırıq. Bu da işğal faktını uzadır. Ona görə də Ermənistanla istənilən iqtisadi əlaqələrə, o cümlədən sərhədlərin açılmasına, Ermənistanla gediş-gəlişin intensivləşdirilməsinə, bu dövlətin siyasi, iqtisadi strukturları ilə hər hansı əlaqələrin qurulmasına  Azərbaycan hakimiyyəti və ictimaiyyəti bir mənalı şəkildə mənfi yanaşır”.

Qeyd edək ki, İrəvan-Van marşrutu ilə ilk aviareys aprelin 3-də təşkil olunacaq. Həftə ərzində İrəvandan Vana və Vandan İrəvana olmaqla, iki dəfə müntəzəm aviareys həyata keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında