Azərbaycan hakimiyyəti Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət verəcəkdir

 

 

Azərbaycan hakimiyyəti Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət verəcəkdir. Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov martın 15-də jurnalistlərə açıqlamasında demişdir.

Əli Həsənov bildirmişdir ki, Azərbaycanın bəzi mətbuat orqanlarında aksiyaların təşkil olunmasına maliyyə yardımının göstərilməsi barədə gedən yazılar araşdırıldıqdan sonra Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət veriləcəkdir. Mətbuatda bəzi QHT-lərin, o cümlədən ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti ilə bağlı yazılarda faktlar yer almışdır. Bu faktların həqiqətə uyğun olub-olmadığı Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaqdır. Biz mətbuatda istər hakimiyyətlə, istər cəmiyyətlə, istər Azərbaycan dövləti ilə, istərsə də ölkəmizdə çalışan səfirliklərin, QHT-lərin fəaliyyəti ilə bağlı olan hər bir məlumata diqqətlə yanaşırıq. Mətbuatda məlumat yayılıbsa, o araşdırılmalıdır.

Şöbə müdiri demişdir ki, heç bir beynəlxalq qurum, heç bir QHT Azərbaycana təzyiq göstərə bilməz. Əlbəttə, hakimiyyətin bu və ya digər qərarlarına, yürütdüyü müstəqil siyasətə, Cənubi Qafqazda reallaşdırdığı transmilli layihələrə, təhlükəsizlik səylərinə, enerji siyasətinə, xarici tərəfdaşlarla ikitərəfli və çoxtərəfli münasibətlərinə qarşı müxalif mövqe nümayiş etdirən dövlətlər, QHT-lər mövcuddur. Əlbəttə, biz bütün bu təşkilatların Azərbaycana ünvanladığı tövsiyələrə, göstərdiyi təzyiqlərə, təsirlərə xalqımızın və dövlətimizin milli maraqları çərçivəsində yanaşırıq. Bizim maraqlarla üst-üstə düşənlərə “hə” deyirik, maraqlarımıza uyğun olanlarla əməkdaşlıq edirik, uyğun gəlməyənləri, sadəcə olaraq, qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında