Heydər Əliyev Fondunda Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr müzakirə olunmuşdur

 

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Azərbaycan və Koreya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulamışdır. Əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini deyən birinci xanım münasibətlərin yüksəlməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmini qeyd etdi.

Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun da münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini söyləmiş, Koreya təşkilatları ilə əməkdaşlığa hazır olduqlarını qeyd etmişdir.

Fondun fəaliyyəti barədə məlumat verən Mehriban xanım Əliyeva Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdən bəhs etmişdir. Bildirilmişdir ki, Fond Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə xüsusi önəm verir.

Tanışlıq xarakteri daşıyan görüşdə Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr, xüsusən gənclərin təhsil mübadiləsi məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında