Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılmışdır

 

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat vermiş, beynəlxalq qurumlar, o cümlədən UNESCO və İSESCO ilə əməkdaşlıq istiqamətləri barədə danışmışdır.

Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Həmin məktəblərdə qızlar müxtəlif peşələrə yiyələnəcəklər.

Qeyd olunmuşdur ki, Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi göstərilir, onların cəmiyyətdəki rolu, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərilir.

Səfir Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər layihələr ətrafında da fikir mübadiləsi aparılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında