ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağın nəzarət edilməyən ərazi olmasını etiraf etmişdir

ATƏT-in Parlament Assambleyasının (PA) Osloda keçirilən 19-cu illik sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyevin təşəbbüsü ilə Dnestryanı bölgə ilə yanaşı Dağlıq Qarabağ da nəzarət edilməyən ərazilər siyahısına daxil edilmişdir. İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Rikardo Miqliori tərəfindən hazırlanmış məruzənin ilkin variantında nəzarət edilməyən ərazi kimi yalnız Dnestryanı bölgənin adı göstərilmişdi.
ATƏT PA-nın Birinci komitəsinin iclasında azərbaycanlı deputatın təşəbbüsü ilə qəbul edilmiş düzəlişdən sonra məruzədə Dağlıq Qarabağın və MDB ölkələrindəki digər oxşar ərazilərın adları da nəzarət edilməyən ərazilər siyahısına daxil edilmişdir.
Bu düzəlişin əhəmiyyəti danılmazdır. ATƏT PA tərəfindən Dağlıq Qarabağa nəzarət edilməyən ərazi statusu verilməsi bu nüfuzlu təşkilat səviyyəsində iki faktı vurğulayır: 1) Dağlıq Qarabağın Azərbaycana mənsub olması faktı; 2) həmin diyarın işğal edilməsi və bunun nəticəsi kimi, rəsmi hakimiyyət orqanlarının - Bakıdakı mərkəzi hökumətin nəzarətində olmaması faktı. Özünüz fikirləşin: əgər Dağlıq Qarabağın Azərbaycana heç bir aidiyyəti yoxdursa, əgər o, "müstəqildirsə", onu nəzarət edilməyən ərazi saymaq heç cür mümkün deyil (təbii ki, məsələn, Somalini xatırladan hallardan başqa).
Dağlıq Qarabağ Somaliyə oxşamır, lakin bununla belə, onun nəzarət edilməyən ərazi olması etiraf edilmişdir. Belə bir sual yaranır - kim tərəfindən nəzarət edilməyən? Bu, artıq ritorik sualdır. Əlbəttə, həmin vöding (ifadə forması) ilə spekulyasiya etmək və onu müxtəlif şəkildə interpretasiya etmək olar, lakin biz linqvistik manipulyasiyalardan yox, sağlam düşüncədən danışırıq. Bir də ki, azərbaycanlı deputat tərəfindən təklif edilmiş düzəliş başqa məna daşıya bilməz.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında