Xaçmazda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş olmuşdur

 

 

Martın 14-də Xaçmaz rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyasının (YAP) fəalları ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun və Milli Məclisin aqrar siyasət komitəsinin sədri  Eldar İbrahimovun iştirak etdikləri tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev hazırda partiyanın rayon təşkilatının 8000-dən artıq üzvü olduğunu,  onların 50 faizini gənclərin təşkil etdiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə bu partiyanın və onun hər bir üzvünün özünəməxsus töhfələri vardır. Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, bu il xalqımız ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini təntənə ilə qeyd edəcəkdir.

Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək demişdir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini daha da möhkəmləndirmişdir. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır.

Qeyd olunmuşdur ki, bu gün YAP öz sıralarında 600 minə yaxın üzvü birləşdirir. Partiyanın üzvləri əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirməlidirlər. Seçkiqabağı təşviqat və təbliğat kampaniyası dövründə partiya üzvləri ölkəmizdə olan inkişafla bağlı real həqiqətlərin əhaliyə çatdırılmasında lazımi iş aparmalıdırlar.

Bildirilmişdir ki, gənclərlə iş daim diqqət mərkəzində olmalı, qadınların ictimai-siyasi işlərə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrasından danışmış, həyata keçirilən tədbirlərdə YAP üzvlərinin xüsusi fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, respublikada gedən inkişaf özünü regionlarda, o cümlədən Xaçmazda da göstərməkdədir. Rayonda bütün sahələrdə  uğurlar əldə edildiyi bildirilmiş, bunun regionların sosial-iqtisadi inkişafına dövlətimizin xüsusi diqqət ayırması sayəsində mümkün olduğu vurğulanmışdır. 

Qeyd olunmuşdur ki, xaçmazlılar dövlətimizin başçısının siyasətini bəyənirlər və bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında