AFR-in sabiq dövlət katibi ermənilərin əsassız ittihamlarını rədd etmişdir

{nl}

 İyulun 7-də Berlində Almaniya Parlament Cəmiyyətinin iclas salonunda Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbir keçirilmişdir. Almaniyanın sabiq dövlət katibi Eduard Lintnerin rəhbərliyi ilə Almaniya-Azərbaycan münasibətlərinin inkişafı cəmiyyəti (GEFDAB) tərəfindən təşkil olunmuş bu tədbir "Təqib və qovulmalar bəşəriyyət əleyhinə cinayətdir" adlanırdı.
Tədbirdən dərhal sonra Almaniyada yaşayan ermənilərin Mərkəzi Şurası (ZAD) GEFDAB-ı bunda ittiham etmişdir ki, keçirilmiş tədbir guya "qaçqınlar anlayışını öz məqsədlərinə nail olmaq üçün bir vasitəyə çevirir". İttihamçılar "öz məqsədləri" dedikdə məhz nəyi nəzərdə tutduqlarını dəqiqləşdirməmiş və bu, yalnız onlara məlum olan sirr kimi qalmışdır.
AFR-in istefada olan dövlət katibi ermənilərin bu cür əsassız ittihamlarına cavab olaraq bəyanat vermişdir. AzərTAc həmin bəyanatın mətnini olduğu kimi təqdim edir:
"İttiham əsassızdır. Tədbirdə milliyyətindən asılı olmayaraq bütün qaçqınların taleyi müzakirə edilmişdir. Ermənistan-Azərbaycan müharibəsi qaçqınlarının taleyi həmin tədbirdə mülki əhalinin təqib edilməsinə və doğma yurdlarından qovulmasına əyani misal kimi müzakirə edilmişdir. Tədbirin məqsədi bütün dünyaya bunu xatırlatmaq idi ki, qaçqınlar və müvəqqəti köçkünlər onların etnik mənsubiyyətindən, müharibənin nəticəsindən və ya uydurma səbəblərindən asılı olmayaraq öz doğma yerlərinə qayıtmaq hüququna malikdirlər və heç kəsin buna mane olmağa haqqı yoxdur. İnsanların təqib edilməsi və qovulması ilə əlaqədar fəlakətlər, kütləvi qətllər, dinc əhaliyə işgəncə verilməsi, insanları sarsıdan iztirablar və köməksizlik, vətənin itirilməsi - bütün bunlar müharibələrin nəticələridir və Dağlıq Qarabağda da müharibə baş vermişdir. Bu münaqişəni beynəlxalq hüququn qüvvədə olan normalarına müvafiq olaraq həll etməyə çağırışın guya "bir vasitə olması" barədə ittihamla heç bir əlaqəsi yoxdur, əksinə, bu çağırış ATƏT-in və Böyük Səkkizlik ölkələrinin tövsiyələrinə uyğundur. Hörmətlə
Eduard LİNTNER sabiq dövlət katibi, GEFDAB-ın rəhbəri".

{nl}


Beləliklə, almaniyalı siyasətçi qədirbilməz və qeyri-loyal erməni immiqrantları susdurmuşdur. Bu immiqrantlar isə onlara sığınacaq vermiş, dinc şəraitdə pul qazanmaq və öz ailələrini dolandırmaq imkanı yaratmış ölkənin mövqeyini dəstəkləmək əvəzinə, işğalçı siyasəti Avropa dəyərlərinə və ümumbəşəri əxlaqa uyğun olmayan bədnam "tarixi vətənləri" ilə əlaqəni heç cür kəsmək istəmirlər.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında