Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 14-də Bakıda səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan-Rumıniya münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. İki ölkənin münasibətlərinin inkişafında, xüsusən parlamentlərarası əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır. Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edən Baş nazir siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu demiş, iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Baş nazir Artur Rasizadə səfərin qarşılıqlı iqtisadi perspektivlərə töhfə verəcəyinə əminliyini bildirmiş, bu istiqamətdə hökumətlərarası komissiyanın işini vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında