Böyük Britaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

 

 

Martın 14-də xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Böyük Britaniyanın xarici işlər nazirinin müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniya arasında mövcud çoxşaxəli münasibətlərin səviyyəsindən məmnunluğunu bildirmiş, siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu vurğulamışdır. İki ölkə arasında, xüsusilə enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlıqdan danışan nazir dinamik iqtisadi inkişaf nəticəsində artıq Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırdığını nəzərə çatdırmışdır.

Saymon Freyzer ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırması təqdirəlayiqdir və bunun davam etdirilməsi arzulanır. Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərpasına verdiyi töhfə, eləcə də ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti yüksək qiymətləndirilir.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov sülh prosesi haqqında ətraflı məlumat vermişdir. Nazir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsini status kvonun möhkəmlənməsinə yönəlmiş addım kimi qiymətləndirmiş və münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır. Son zamanlar Ermənistanın siyasi və hərbi dairələri tərəfindən Xocalı hava limanından uçuşların həyata keçiriləcəyi ilə bağlı səslənən bəyanatlara münasibət bildirən nazir qeyd etmişdir ki, bu, Azərbaycan hava məkanının kobud surətdə pozulmasıdır. Bütün müvafiq beynəlxalq qanunvericilik, xüsusilə də Çikaqo Konvensiyası Azərbaycanın bu məsələdəki mövqeyinin haqlılığını göstərir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında