Azərbaycanın nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının XIX illik sessiyasında fəallıq göstərir

Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyətimiz Osloda keçirilən ATƏT-in Parlament Assambleyasının (PA) XIX illik sessiyasında fəal iştirak edir.
Sessiyanın ilk günündə ATƏT PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bölgədəki fəaliyyətinə dair hesabatında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində inkişafın müşahidə olunduğunu vurğulamışdır. Məruzəçi Azərbaycan və Ermənistan prezidentlərinin son görüşlərinə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunmuşdur.
Q.Lenmarker qeyd etmişdir ki, tərəflər hələ də itki verməkdə davam etdiyi üçün "dondurulmuş münaqişələr" ifadəsi bir qədər çaşdırıcı məna daşıyır.
ATƏT-in rəsmisindən sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova da bu fikri təsdiqləmişdir. Sədr müavini vurğulamışdır ki, "dondurulmuş münaqişələr" ifadəsi əslində münaqişə barədə yanlış təsəvvür yaradır, çünki bölgədə hələ də dinc əhali həlak olur, atışmalarda əsgərlərimizi itiririk.
Q.Lenmarkerin hesabatına münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri demişdir: "Siz öz məruzənizdə qeyd etmədiniz ki, Azərbaycan Madrid prinsiplərini qəbul etmiş, Ermənistan isə indiyədək hələ də bu məsələdə mövqeyini müəyyənləşdirməmişdir. Ermənistan vaxtı uzadır. Xahiş edirəm, erməni tərəfinin fəaliyyətinə dair öz fikrinizi bildirəsiniz. Əlbəttə, siz bizim yerimizə bu problemi həll edə bilməzsiniz, amma xüsusi nümayəndə və məruzəçi kimi bu məsələyə dair dürüst fikrinizi söyləmək hüququnuz vardır."
Azərbaycanın nümayəndə heyətinin rəhbəri Finlandiyadan olan deputat Kimmo Kilyunennın "Qırğızıstanda vəziyyət"ə dair məruzəsi ətrafında da çıxış etmişdir. B.Muradova Mərkəzi Asiyada baş verən hadisələrə, Qırğızıstandakı siyasi yeniliklərə münasibət bildirmişdir.
Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri - Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Azay Quliyev, Fazil Mustafa ATƏT PA-nın XIX illik sessiyasındakı müzakirələrdə yaxından iştirak etmiş, bir sıra məruzələr ətrafında fikirlərini bildirmişlər.
ATƏT PA-nın sədri Joao Soareş XIX illik sessiyasının açılışında Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirmiş, ölkədə demokratiyanın inkişafını və təbii sərvətlərin səmərəli istifadəsini təqdirəlayiq hal kimi dəyərləndirmişdir.
Sessiyada qurumun fəaliyyətinə dair məruzələrdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə də toxunulmuşdur. Bildirilmişdir ki, cari ilin payızında keçiriləcək seçkiləri izləmək üçün ATƏT PA bir sıra ölkələrə, o cümlədən Azərbaycana, ABŞ-a, Qırğızıstana, Bosniya və Hersoqovinaya müşahidəçilər missiyasını göndərəcəkdir. Qeyd edilmişdir ki, parlamentlərarası dialoq üçün mühüm forum təşkil edən PA-nın təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə ATƏT-in nümayəndəsinin və İqtisadi əlaqələndirici büroları təşkil olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında