Almaniya siyasətçiləri Ermənistanı qınamış və Dağlıq Qarabağın azərbaycanlı icmasının doğma yurduna qaytarılmasını tələb etmişlər

İyulun 7-də Berlində Almaniya parlament cəmiyyətinin iclas salonunda Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbir keçirilmişdir. Almaniyanın sabiq dövlət katibi Eduard Lintnerin rəhbərliyi ilə Almaniya-Azərbaycan münasibətlərinin inkişafı cəmiyyəti tərəfindən təşkil olunmuş bu tədbir "Təqib və qovulmalar bəşəriyyət əleyhinə cinayətdir" adlanırdı.
Eduard Lintner tədbirə toplaşanlar qarşısında çıxışında demişdir: "Bir milyon azərbaycanlı doğma evlərini tərk etməyə məcbur olmuşdur. Onlar bu günə qədər öz ölkələrində müvəqqəti məskənlərə sığınmışlar. Bu insanların hazırda erməni işğalçı qüvvələrinin tutduğu evlərinə qayıtmasına imkan verilmir. 2010-cu il mayın 20-də Avropa Parlamenti Aİ-nin Cənubi Qafqazda strategiyasına dair tarixi qətnaməsində vurğulamışdır ki, Dağlıq Qarabağdan olan minlərlə məcburi köçkünün doğma yerlərinə qayıtmasına hələ də maneçilik edilməsi Avropa Parlamentini çox narahat edir. Biz erməni tərəfini Ermənistan qoşunlarını Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarmağa və azərbaycanlı icmasının öz evlərinə qayıtması üçün şərait yaratmağa, bununla da BMT-nin və Avropa Parlamentinin Dağlıq Qarabağa dair qətnamələrinin tələblərini yerinə yetirməyə, həmçinin beynəlxalq hüququn digər normalarına riayət etməyə çağırırıq".
Tədbirdə Almaniya bundestaqının Beynəlxalq İnkişaf və Əməkdaşlıq üzrə işçi qrupunun sədri Xolqer Xaibax, Almaniya bundestaqında XSİ fraksiyasının xarici işlər və insan hüquqlarının müdafiəsi üzrə işçi qrupunun sədri Tomas Zilberhorn, bundestaqın müdafiə və mühafizə komissiyasının üzvü Florian Xan və Almaniya azərbaycanlılarının əlaqələndirmə mərkəzinin sədri Samirə Pattser-İsmayılova da çıxış etmişdir.
Çıxış edənlər Azərbaycanın işğal edilmiş bölgələrindən olan məcburi köçkünlərlə həmrəy olduqlarını və onların doğma yerlərinə qayıtmasına kömək etməyə hazır olduqlarını bildirmiş, Ermənistanın hakim dairələrindən beynəlxalq hüquq normalarına riayət olunmasını tələb etmişlər.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında