Fransa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Fransa Senatının xarici işlər və müdafiə məsələləri üzrə komissiyasının üzvü Natali Qulenin Senatda mövcud olan "Hökumətə suallar" proseduru çərçivəsində xarici işlər və Avropa məsələləri naziri Bernar Kuşnerə ünvanladığı "Fransanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın Fransada təmsil olunmasına münasibəti" ilə bağlı sualını Senatın iyulun 6-da keçirilmiş plenar iclasında nazirin adından çıxış edən dövlət katibi Herve Noveli cavablandırmışdır.
Dövlət katibi Fransanın bu məsələdə mövqeyinin birmənalı olduğunu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini, eləcə də bütün digər ölkələr kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını və bu mövqeyin hökumət tərəfindən dəfələrlə bəyan edildiyini demişdir.
H.Noveli, bu prinsipial mövqeyinə sadiq qalan Fransanın Dağlıq Qarabağın "hakimiyyət qurumları" ilə heç bir əlaqə saxlamadığını və bu ərazi vahidinin Fransa hökuməti yanında akkreditə edilmiş heç bir təmsilçiliyə malik olmadığını, yalnız Azərbaycan hakimiyyət qurumları tərəfindən tanınan Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Dağlıq Qarabağa səfər edərək, oradakı "hakimiyyət qurumları" ilə görüşmək üçün icazəli olduğunu bildirmişdir. Dövlət katibi, bu yaxınlarda Fransa Milli Assambleyasının bir neçə üzvünün Dağlıq Qarabağa səfər etməsinin yalnız onların öz məsuliyyətinə aid məsələ olduğunu və Fransanın mövqeyi ilə bağlı olmadığını bildirmişdir.
Qeyd edək ki, senator N.Qule Fransa Senatı çərçivəsində fəaliyyət göstərən Qafqazla dostluq qrupunun da üzvüdür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında