Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündə Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddəti müzakirə olunacaqdır

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində rəsmi Bakının Ermənistanla Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddətini müzakirə edəcəyi gözlənilir.
Xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, bu məsələ ATƏT xarici işlər nazirlərinin Almatıda keçiriləcək qeyri-rəsmi görüşündə müzakirə ediləcəkdir.
Nazir qeyd etmişdir ki, artıq bu məsələ ətrafında razılıq əldə olunmuşdur - Kəlbəcər və Laçın heç vaxt Dağlıq Qarabağın tərkibində olmamışdır və ona görə də bu bölgələr birmənalı olaraq, beş rayonla birlikdə Azərbaycanın inzibati nəzarətinə keçməlidir.
Dağlıq Qarabağ ətrafında işğal altındakı digər rayonların boşaldılması məsələsinə gəldikdə isə nazir bildirmişdir ki, bu proses sülh sazişi imzalandıqdan dərhal sonra başlayacaqdır. Ermənistan qoşunları saziş imzalanan gündən başlayaraq, oranı tərk etməlidirlər. Bu, birmənalıdır və hazırda müzakirə olunmur. Dağlıq Qarabağ ətrafındakı beş rayon birinci mərhələdə, təhlükəsizlik baxımından Kəlbəcər və Laçın isə beş il ərzində nəzarətimizə keçməlidir.
Ermənistan tərəfinin danışıqlarda Dağlıq Qarabağın erməni icmasının təhlükəsizlik məsələsini qaldırdığını vurğulayan E.Məmmədyarov bildirmişdir ki, erməni icmasının üzvləri də Azərbaycan vətəndaşlarıdır və hər bir vətəndaş kimi onların da təhlükəsizliyi hərtərəfli təmin olunmalıdır. Sözsüz ki, Dağlıq Qarabağın Azərbaycan icmasının təhlükəsizliyi də qorunmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında