Kaliforniya ştatının Senatında Azərbaycan bayrağı qaldırılmışdır

 

 

Kaliforniya Senatının dəvəti ilə Azərbaycan nümayəndə heyəti paytaxt Sakramento şəhərində rəsmi səfərdə olmuşdur.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a verilən məlumata görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarova, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov və ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev daxil idilər.

Kaliforniya Senatının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılama mərasimi keçirilmişdir. Bu münasibətlə Senatda Azərbaycan bayrağı qaldırılmışdır. 

Mərasimdə çıxış edən Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəri Bob Haff Şərqdə ilk parlamentin Azərbaycanda yaradıldığını, ölkəmizin Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulamış, hər iki ölkənin qlobal və regional enerji və təhlükəsizlik maraqlarını bölüşdüyünü qeyd etmişdir.

2011-ci ildə digər senatorlarla birgə Azərbaycana səfərini xatırlayan B.Haff hələ onda güclü iqtisadi inkişaf yolunda olan və uzaqgörən insanlara malik ölkə gördüklərini demişdir. Senator bildirmişdir ki, 2006-cı ildən Los-Ancelesdə baş konsulluq ilə təmsil olunan Azərbaycan Kaliforniya ilə bir sıra sahələrdə əlaqələr yaratmış və onlar günü-gündən genişlənməkdədir.

Səmimi qəbula görə senatorlara təşəkkürünü bildirən S.Seyidov bu gəlişin dostluq səfəri olduğunu və Azərbaycan-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıdığını qeyd etmişdir. Azərbaycanın ABŞ ilə bir sıra ortaq dəyərləri bölüşdüyünü deyən deputat ölkəmiz ilə Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Hər iki dövlətin daim bir-birini dəstəklədiyini deyən S.Seyidov Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələrdən, eləcə də İraqda və Əfqanıstanda Azərbaycan və ABŞ əsgərlərinin çiyin-çiyinə döyüşməsindən danışmışdır. Dini və etnik dözümlülüyün Azərbaycanda həyat normasına çevrildiyini qeyd edən deputat ölkəmizdə çoxlu sayda sinaqoq və kilsələrin sərbəst fəaliyyət göstərdiyini vurğulamışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında