Rusiyalı politoloq: Dağlıq Qarabağ münaqişəsində qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib

 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qüvvələr nisbəti son dərəcə Azərbaycanın xeyrinə dəyişmişdir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Serqey Markov “Trend”ə açıqlamasında demişdir: “Hazırda Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanla Azərbaycan arasında qüvvələr nisbəti 15 il bundan əvvəlki kimi deyil. O vaxtdan etibarən qüvvələr nisbəti çox dəyişib və Azərbaycan Ermənistandan daha da güclü olub”.

Markovun sözlərinə görə, münaqişənin hərbi yolla həlli ölkə iqtisadiyyatının sabitliyini poza bilər: “Azərbaycanın iqtisadiyyatı isə elə bir alətdir ki, onun köməyi ilə ölkə daim qüvvələr nisbətini öz xeyrinə dəyişir”.

Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsini nəzəri olaraq hərbi yolla həll etmək olar, amma praktikada bu variant öz-özünü məhv edir. “Münaqişənin sülh yolu ilə həll olunmasında erməni diasporunun güclü təsirə malik olduğu ABŞ və Fransa iştirak edir və buna görə münaqişənin sülh yolu ilə həlli də çətinləşir. Bunun üçün Azərbaycan daha qeyri-standart yol seçməlidir”.

Politoloq qeyd etmişdir ki, Rusiya Azərbaycan və Ermənistan arasında humanitar və iqtisadi əlaqələrin tədricən yaradılmasının tərəfdarıdır: “Biz buna kömək etməyə hazırıq. Lakin burada yalnız Rusiyanın deyil, ABŞ və Avropa İttifaqının da vasitəçiliyinə ehtiyac var. Bizim məqsədimiz hərbi fəaliyyətin qarşısını almaqdır. Bununla yanaşı, münaqişə dondurulmuş vəziyyətdə qalmamalı, problemin nizamlanmasındakı vəziyyət müsbət istiqamətdə getməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında