ATƏT-in Parlament Assambleyasının sədri: "Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinin ləngiməsinə görə Ermənistan daha çox məsuliyyət daşıyır"

Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinin ləngiməsinə görə Ermənistan daha çox məsuliyyət daşıyır.
Bunu ATƏT-in Parlament Assambleyasının sədri, vəzifəsini tərk etməkdə olan Joao Soareş bəyan etmişdir.
O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yaxşı imkanların olduğunu bildirmişdir.
Ermənistanın daxili siyasətində problemlərin mövcud olduğunu deyən J.Soareş vurğulamışdır ki, erməni diasporunun təsiri güclü və Dağlıq Qarabağ məsələsinin həllini mürəkkəbləşdirən amildir. Azərbaycan hökumətində sülh üçün həm iradə, həm də güc gördüyünü qeyd edən J.Soareş hesab edir ki, problem Ermənistan tərəfindədir.
ATƏT-in rəsmisi onu da bildirmişdir ki, əgər ermənilər lazım olan addımları atsalar, bu onlar üçün Türkiyə ilə sərhədin açılması ilə nəticələnəcəkdir. Xaricdə firavan yaşayan ermənilər Yerevandakı siyasəti müəyyən etməməlidirlər. Münaqişənin həlli ilə bağlı masa üzərində olan təklif optimal olmasa da, yaxşıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında