Rəsmi Bakı BMT-ni Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin cəzasız qalmasına son qoymağa çağırmışdır

 

 

 

 

Azərbaycan hökuməti BMT-dən Ermənistanın Azərbaycana qarşı törətdiyi ağır cinayətlərə görə cəzasız qalmasına son qoymağı tələb etmişdir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibinə “Xocalıda cinayət: günahkarlar, onların hərəkəti və beynəlxalq hüquqa görə məsuliyyət” adlı memorandum göndərmişdir.

Daimi nümayəndəlikdən Trend-ə bildirmişlər ki, Azərbaycan hökuməti memorandumu təqdim etməklə BMT-nin baş katibi və təşkilata üzv olan ölkələrdən Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə cəzasızlığa son qoymaq məqsədilə Azərbaycanın təşəbbüs göstərdiyi səyləri dəstəkləməyə çağırmışdır.

Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüzü nəticəsində hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırımı kimi beynəlxalq hüququn kobud şəkildə pozulması faktları qeydə alınmışdır. 21 il əvvəl Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı misli görünməmiş cinayət törədilmişdir:

“Görünən budur ki, bu cinayətlərin cəzasız qalması hələ də Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasına maneə törədir. Buna görə də münaqişə nəticəsində beynəlxalq hüquq normaları və insan hüquqlarının pozulmasına dair müəyyənləşdirilmiş faktlarla zərərçəkən insanlara adekvat və real kompensasiyaların verilməsi və gələcəkdə belə hadisələrin təkrarlanmaması münaqişənin həllinin əsas şərtidir. Buna müvafiq olaraq, cəzasızlığa son qoymaq yalnız münaqişə tərəflərinin və konkret günahkarların məsuliyyətinin müəyyən edilməsi üçün əhəmiyyətli deyil, həm də bütovlükdə dünyada sülhün təminatı üçün həqiqətin bərqərar olması, barışıqlar və cəmiyyətin əmin-amanlığına riayət etmək deməkdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında