Türkiyə parlamentində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dair simpozium

Türkiyə Böyük Millət Məclisində Altay Mədəniyyət, Təhsil və Sənət Vəqfinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirilmişdir.
Türkiyənin dövlət naziri Faruk Çəlik bildirmişdir ki, türk cümhuriyyətlərinin müstəqilliyinin ilk illərində meydana gələn "Naxçıvan ruhu" keçən il Naxçıvan Sazişi ilə rəsmiləşmişdir. Bu sazişə əsasən yaradılacaq strukturlar türk dünyası daxilində daha yaxın əlaqələr qurulmasına şərait yaradacaqdır. Naxçıvanın seçilməsi də son dərəcə məntiqlidir. Çünki Azərbaycanın bu diyarı Türkiyəyə açılan sərhəd qapısıdır.
Millət vəkili Vahid Ərdəm də Naxçıvan Sazişinin türkdilli ölkələrin əməkdaşlığında yeni və mütərəqqi addım olduğunu söyləmişdir. Arzu edirik ki, bu sənədlə başlayan yaxınlaşma gələcəkdə "yeddi dövlət, bir millət" yaranmasına səbəb olsun.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Naxçıvan Sazişi ilə türk dünyasının əlaqələrinin daha da güclənəcəyini söyləmişdir. Onun sözlərinə görə, Naxçıvan zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY- un fəaliyyətinə verdiyi yüksək qiymət təşkilatın rəhbərliyində iftixar hissi doğurmuşdur.
Türk Dil Qurumunun sədri professor Şükrü Haluk Akalın isə ortaq türk dilinin yaradılması üçün aparılan işlərdən ətrafl bəhs etmişdir. Bundan başqa, türk dünyasının 20 illiyi ilə bağlı layihə də hazırlanmaqdadır.
Simpoziumda vurğulanmışdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başlanan iqtisadi proqramlar da türk dünyasının birliyinin yaradılması baxımından olduqca zəruridir.
Professor Nevzat Yalçıntaş türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladaraq demişdir ki, biz gələcəkdə "bir millət, yeddi dövlət" yaranmasını istəyirik. O vurğulamışdır ki, Türkmənistan və Özbəkistanın da bu birliyə qatılması vacibdir.
Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında