Avropa Komissiyasının prezidenti: “Xocalı aeroportunda uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək”

 

 

Bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunda hər hansı bir dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə oluna bilməz

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində Xocalı aeroportunun açılmasının qeyri-qanuni olması ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti (AAC) geniş məlumatlandırma kampaniyası aparır. AAC-dan APA-ya verilən məlumata görə, bu kampaniya çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin Belçika  nümayəndəliyi Xocalı aeroportunun açılmasının Çikaqo Konvensiyası və Beynəlxalq mülki aviasiya hüququna zidd olduğunu vurğulayaraq, Avropanın müxtəlif qurumlarına müraciət etmişdir.

Avropa Azərbaycan Cəmiyyətinin bu müraciətlərinə bir sıra rəsmi orqanlardan, o cümlədən  Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozudan da cavab gəlib. Prezident öz məktubunda xüsusi olaraq qeyd edib ki, sülh prosesində nailiyyət əldə etmək üçün gərginliyə yol aça biləcək səbəblərdən uzaq durmaq vacibdir: “Xocalı aeroportuna gəldikdə isə, Avropa Birliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2011-ci ilin aprelində və 2012-ci ilin iyulunda verdiyi bəyanatları dəstəkləyir. Onlar bu aeroportun fəaliyyətinin gərginliyi artıra biləcəyinə dair öz narahatlıqlarını ifadə ediblər. Uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək və Avropa Birliyi hər iki tərəfi məsələnin danışıqlar yolu ilə həllini axtarmağa çağırır”.

Cavab məktubunda bildirilir ki, Avropa Birliyi hər iki tərəfi beynəlxalq hüquq çərçivəsində və öz əraziləri üzərində həyata keçirdikləri uçuşların cari təcrübəsinə uyğun olaraq hərəkət etməyə dəvət edib. Prezident demişdir: “Bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunda hər hansı bir dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə oluna bilməz”.

Avropa Azərbaycan Cəmiyyəti belə dəstəkləyici bəyanatlara əsaslanaraq, Ermənistanın yeni seçilmiş lideri Serj Sarkisyana Ermənistanın ATƏT  və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında öz öhdəliklərini yerinə yetirməsi və işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq aeroport açılmamasına dair təminat verməsi barədə diplomatik yol ilə təzyiq göstərilməsi üçün Avropa Birliyinə və beynəlxalq aləmdəki bütün aparıcı qüvvələrə müraciət edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında