Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri İslam İnkişaf Bankının nümayəndələri ilə görüşmüşdür

 

 

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İslam İnkişaf Bankının vitse-prezidenti Birama Bobakar Sidibenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Ali Məclisin sədri bildirmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda da öz əksini tapır. Bu baxımdan İslam İnkişaf Bankı ilə qurulan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri getdikcə daha da genişlənir.

İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirdiyi layihələrin özünü doğrultduğunu qeyd edən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə İslam İnkişaf Bankı arasında 2000-ci ildə qurulan əməkdaşlıq əlaqələrinin ötən müddətdə uğurla inkişaf etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, 2000-2002-ci illərdə İslam İnkişaf Bankının krediti hesabına Sədərək rayonunda irriqasiya sistemləri təkmilləşdirilmiş, yeni nasos stansiyası tikilmişdir. İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hazırda “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi” layihəsi üzrə işlər davam etdirilir.

Ali Məclisin sədri demişdir ki, bu istiqamətdə reallaşdırılan layihələr Naxçıvan Muxtar Respublikası üçün mühüm əhəmiyyətə malikdir. İrriqasiya sistemlərinin təkmilləşdirilməsi nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və onlardan səmərəli istifadə muxtar respublikada kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərir.

Birama Bobakar Sidibe demişdir ki, Azərbaycanda bir sıra uğurlu layihələr həyata keçirən İslam İnkişaf Bankı Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığa xüsusi önəm verir. Kənd təsərrüfatı sahəsi və su təchizatı bankın prioritet fəaliyyət istiqamətidir. Naxçıvanda bu sahələr üzrə layihələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da qarşılıqlı səylər göstəriləcəkdir.

Görüşdə növbəti mərhələdə icrası nəzərdə tutulan “Meliorasiya və irriqasiya tədbirləri vasitəsi ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı” layihəsi barədə fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında