Cənibi Qafqaz: Erməni separatizmi fonunda təhlükəli tendensiyalar

Cənubi Qafqazda Erməni problemi və regionun geosiyasi mənzərəsində separatizm

 

Müasir Ermənistanı, XXI əsr dövlət sübyektləri ilə müqayisə etmək mümkün olmasa da, bu ölkənin forpost statusu, siyasi sistemi, paralel olaraq dini ideoloji xarakteri və geosiyasi proseslərdə üçüncü ölkələrin maraqları konteksində mövcudlugu, indiki mərhələdə ona,   geosiyasi mərkəzlərlə qarşılıqlı münasibətlər konteksində müəyyən “üstünlüklər” vermişdir. Bu isə onu izah edir ki, erməni kartı türk fenomeninə qarşı geosiyasi elementdir.

 XXI əsrdə, türk inzibati svilizasiya elementlərinin sürətlə mərkəzləşməsi prosesi və bu tendensiyalar  fonunda mədəni üstünlük hissinin pasionarlıq mərhələsinə daxil olması strateji baxımdan  Avropa və  Rusiya üçün də qəbul edilməz faktordur. Məhz qeyd edilən amilləri nəzərə alan erməni havadarları, bu kukla dövlətə həyatın müxtəlif sahalərində xüsusi dəstək verməklə məşguldur. Geniş planda erməni elementi daha böyük geosiyasi əhəmiyyətə malikdir. Erməni kartı ilə türkləri, regiondan qovmaq, sürgün etmək strateji xətt kimi qəbul edilmişdir. Deməli nəyinki Pyotrun övladları eyni zamanda Yunan- Roman mədəniyyəti epoaxasına bürünmüş Avropa dövlətləri, hətta, Avrasiyada digər etnik konsolidasiyaya daxil olan ünsürlər qətiyyətlə  türk fenomenini qəbul etmək istəmir. Həqiqətən antik türklər kimi müasir türklərdə eyni həyacanla dünya dövləti qurmaq uğurunda mübarizə aparır. Bu kimi faktoroloji analizlər müasir dövrün şərtləri ilə təhlil edilməlidir.

  Qeyd olunan çox mənalı faktoroloji tendensiyalar, və s. amillər Azərbayacanın tarixi torpaqları üzərində ermənilərə dövlət qurma şansı yaratmışdır. Bütün bunlar böyük ehtimlla həm də ona görə baş vermişdir ki, beynəlxalq sistemdə din faktoru, dini mənsubiyyət hissi, həll edici amil olmuşdur. Demək olar ki, Şimal fenomeninin regionda Türk epoxasına qarşı Cənubi Qafqaz proyekti nəhayət XXI əsrdə, din amilininin də təsiri ilə beynəlxalq siyasi sistemdə realizə edilmişdir. Müasir dövrdə də aktiv geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlar fonunda hərəkət edən Ermənistan ona yaradılmış bu tarixi fürsətdən maksimum istifadə etməklə məşguldur.  Erməni kartı ilə regional proseslərə nəzarət etmək, geosiyasi proseslər nəzərə alındıqda  region xarici qüvvələr üçün də piroritet məsələdir. Hazırkı şəraitdə bu kimi tendensiyalar Rusiyanın regionda aktivləşməsi fonunda baş verir. Digər tərəfdən idiki mərhələdə məhz Azərbyacan Türkiyə strateji müttəffiqliyi fonunda  yaranmış sabitliyi pozamaq və bununlda regionu nəzarətdə saxlamaq prinsip etibarı ilə bəzi geosiyasi mərkəzlər üçün də əhəmiyyətli olmalıdır. Tarxi keçmişdə oldugu kimi müasir dövrdə də bu  qüvvələr, müxtəlif təyinatlıdır və onlar regional proseslərdə eyni həyacanla iştirak edir. Deməli  erməni amili strateji əhəmiyyətli faktordur. Bütün hallarda erməni psixalogiyası ilə geosiyasi mərkəzlərin maraqları üst-üstə düşür.

  Məsələn: İndiki şəraitdə  Avropa ilə paralel Rusiya və hətta müəyyən zamanlarda ABŞ, klassik demokratiya fenomeninə istinad etməklə monoetnik Ermənistana Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi konteksində bir başa olmasa da dolayısı yollarla dəstək nümayiş etdirir. Bu faktın özü  regionda sabitliyi təhdid altında saxlayır. Paralel olraq eyni zamanada bu kimi mövqelər geosiyasi mənzərədə post xarakterin, – İmperiyanın təşkili prosesinə – güclü zəmin yaradır. Şübhəsiz həm də bu zaman region daxili faktorlarla bərabər geostrateji amillər də bu kimi mövqelərin formalaşdırılması prosesində ciddi rol oynayır. Bununla yanaşı ABŞ və Avropanın Cənubi Qafqaz regionunda, enerji təhlükəsizliyi fonunda sabitlik axtarışı, Rusiya, ABŞ münasibətləri, Türkiyənin geosiyasi mənəzərəyə təsiri tendensiyası, İranın dini təsübkeşlik qayğısı fonunda region daxili siyasi maraqları və s. Tendensiyalar bütövlükdə qarşılıqlı inama imkan vermir. Digər tərəfdən Cənubi Qafqazda separatizmin stimulaşdırılması və bu konteksdə proseslərin yayılması, fokuslaşdırılması müşahidə edilir. Bütün hallarda demokratik mühitin olmadıgı şəraitdə regional münaqişələrə obyektiv qiymət vermək mümkün olmayacaq. Əgər geosiyasi mərkəzlər dünyanın ən mürrəkəb regionu statusunu daşıyan Qafqaz regionunda xüsusilə  onun Bermud üç bucağı adlandırılan Cənubi Qafqaz hissəsində sabitliyi və uzun müddətli təhlükəsizliyi təmin etməyi düşünməyə başlamışdırsa onda ilk növbədə  post imperiyanın xeyir duası ilə yaradılmış region daxili münaqişələrin həlli istiqamətində real addımlar atmalıdırlar.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

 

Müasir  Ermənistanın geosiyasi konsepsiyaları bir başa üçüncü ölkələrin strateji planlarına uyğun olaraq təşkil edilmişdir.

Bu günkü müasir Ermənistan, 1918 -ci ildə Cənubi Qafqaz regionunda Çar Rusiyası tərəfindən separatist  konsepsiya kimi yaradılmışdır. Sonrakı dövrlərdə də  imperiyanın geosiyasi maraqları fonunda hərəkət edən və  geosiyasi mənzərəni təsirləndirən ermənilər bütün separatist ssenarilərə daxil edilmişdir.  Bununlada  ilk dəfə Qafqazda  inzibati sivilizasiya institutu ilə tərs-mütənasib ideyalara söykənən  monoetnik dövlətin əsası qoyulmuşdur. Bu dövlət, 21 ci Əsr dövlət sübyektləri ilə müqayisə edilməməlidir. Bu dövlət nəyinki forpostdur, hətta demək olar ki, onun real statusu prinsipcə  məxfi qubernatorluqdur.  Keçmişdə oldugu kimi indidə Rusiyanın regional maraqları fonunda hərəkət edən və regionun geosiyasi mənzərəsində davamlı separatizmi stimulaşdıran erməni fenomeni Cənubi  Qafqazın sabitliyi üçün potensial təhlükə mənbəyidir. Erməni psixalogiyasında separatizmə meyillik xarakterikdir. Çünki bu etnosun genetik kodu, xəyanət və mütilik elementləri ilə səciyəvidir.  Məhz onun üçündür ki, ermənilər daim regionda maraqları olan siyasi qüvvələr tərəfindən separatist mənbə kimi qəbul edilmişdir.

Təbii ki, keçmişdə ermənilərin nə olmsından və gələcəkdə regional proseslərdə  hansı formada iştirak etməsindən asılı olmayaraq hazırkı şəraitdə  regionu təsir dairəsində saxlayan Şimal fenomeni, proseslərin hərəkət verci nüvəsi kimi çıxış edir. Bu fakt onu izh edir ki, regonun ideoloji strukturunda və siyasi münasibətlər sistemində tarixi proseslərin iti yadaşı nə qədər güclü faktordur. Bütün hallarda rus türk, rus, iran İran, türk dövlət və imperiyalar arasında gedən tarixi mübarizələr, bu gündə  müasir dövrün xüsusiyyətləri nəzərə alınmaqla, eyni həyacanla davam etdirilir. Deməli erməni və hatta bəzi tarixi proseslər nəzərə alındıqda, müasir gürcü dövləti regionun siyasi strukturunda həll edici amil kimi imperiyalar arası münasibətlərin nəticəsiində, starteji bölgü konteksində formalaşdırılmışdır. Xüsusilə türk fenomeni və nəhayyət 1935 - ci ilə qədər Qafqaz xalqları arasında aparıcı ünsiyyət dili olan türk dili ideoloj refleks idi və bu fakt nəhayət  rusların bölgədə dominatlıgı nəticəsində sıradan çıxarıldı. Bu prosesin nəticəsində regionda uzun müddətli ideoloji və siyasi katakilizimlərin əsası qoyuldu. Həm də eyni zamanada  20- ci Əsrdə regionun siyasi və ideoloji xarakterinə təsir edəcək iki dövlətin yaradılması ideyası gerçəkləşmiş oldu. Biz təbii ki, Azərbayacanı bura daxil etmirik. Sir deyil ki, Qafqazda tarix boyu inzibati svilizasiyasının transformasiyasını təşkil edən fenomen türk fenomenidir.

Geniş planda müasir Ermənistan sırf imperiyanın ideoloji bazasını formalaşdırmaq üçün və yaxudda birləşdirici amilləri dagıtmaq məqsədi ilə təsis edilmişdir. Müasir erməni dövləti anlayışı altında regionda geden prosesləri istiqamətləndirən ruslar erməni kartından olduqca məharətlə istifadə edə bilmişdir.  Bu gündə slaviyonizm  proyekti olan və  xəyali konsepsiyalarla Qafqazda Pyotrun vəsiyyətinə uygun olaraq hərəkət edən rus- erməni müttəffiqliyi həmin tarixi prosesi eyniliklə davam etdirir. Təhlilər yenədə onu sübut edir ki, ermənilər Böyüqk Qafqaz konsepsiyasının əsas tezisidir. Deməli  bundan sonrakı dövrdə Azərbayacan - Türkiyə strateji müttəffiqliyinin əsas kontrları müəyyən edilərkən sadaladıgımız amillər ciddi şərtlə nəzərə alınmalıdır. Yəni bu tarixi prosesdən nəhayət nəticə çıxarmaq vaxtıdır. Bu gündə  Azərbayacanın daxilində separatizmi stimulaşdıran və bununla paralel Türkiyədə  etnik kurd separatizmini məxfi kanalarla dəstəkləyən, digər tərəfdən  Gürcüstan, Türkiyə, Azərbayacan strateji müttəffiqliyi konteksində geosiyasi mənzərəni qəbul etməyən, nəticədə Gürcüstanın Avropa meyilli elitasını Osetiya, Abxaziya kimi kukla dövlətlərlə təhdid edən, Şimal fenomeni  prosesləri bir çox hallarda  erməni kartından istifadə etməklə həyata keçirdir.

 Təbii ki , erməni dövləti əla strateji balans koridorudur. Xüsusilə ruslar üçün erməni dövlətinin mövcudlugu Türkiyə ilə mövcud olan tarixi proseslər fonunda həyati əhəmiyyət daşıyır. Deməli müasir erməni dövləti etnik dini münaqişələr konteksində də ümumi regiona təsir etmək baxımından önəmli sübyektdir. Onun üçündür ki, Ermənistanın mövcudlugunu, ermənilərdən daha çox istəyən aktiv geosiyasi mərkəzlər var. Hətta İran belə İslam dəyərlərindən daha çox erməni milli identifikasiyasına daha çox önəm verir. Şübhəsiz İranın daxili ideoloji sisteminin əsas alternativi və regionun siyasi mənzərəsində prinsipal rəqib, türklərdir.

Bütün hallarda biz Azərbaycan Ermənistan Daglıq Qarabag münaqişəsinə bu kontekstdən yanaşmalıyıq. Azərbayacanın  tarixi torpaqları üzərində yaradılmış erməni dövlətinin ideoloji, siyasi sistemində, konkret geosiyasi mərkəzlərin  xüsusiyyət və  maraqları  müşahidə edilir.Geosiyasi mənzərədə Ermənistan,  Rusiya və bəzi Avropa ölkələrinin  təsir dairəsinə qapanmış vəziyyətdədir. Bu erməni psixalogiyasında özünü müdafə taktikasıdır.

Ermənilər yaxşı anlayır ki, Cənubi Qafqaza gəlmə olduqlarından onlar regionun sivilizasiyası ilə disharmoniya təşkil edir. Deməli xüsusilə rus fenomeninə istinad etmək lazımdır.

Bu tendensiyadan çıxış etsək deməliyik ki, Daglıq Qarabag münaqişəsinin həllində  əsas aktor rusiyadır. Bu fakt beynəlxalq paltformalarda da etiraf edilir. Ermənistan Azərbayacan Daglıq Qarabag münaqişəsi geosiyasi mənzərədə daha böyük problem kimi xarakterizə edilir.

  Bizim üçün hansısa xəyali konsepsiyalarla prosesin həlli asan görsənir. Demək lazımdır ki, bu münaqişənin əsas oyunçuları üçün problemin dondurulması  şərtdir.

 Müasir dövürdə də  mürrəkəb geosiyasi proseslərlə əhatələnmiş Cənubi Qafqaz regionu imperalist xarakterlə  təhdid edilir. Rusiya hazırda sələflərinin imperiya nəzəriyyəsini  həyata keçirmək məqsədi ilə  yeni yol xəritəsi üzərində işləyir. Avrasiya İttifaqı ideyası adı altında “modern” sistemin təşkili prosesinə start vermişdir. İdeya formasının necə olmasından asılı olmayaraq rusların ortay qoydugu bu nəzəriyyə, -Avrasiya İttifaqı nəzəriyəsi - “ideal kombinasiyalı ittifaq” modeli, əslində qeyri-müəyyəndir  və  bu nəzəriyyə posimperiyanın bərpası niyyəti ilə ortaya atılmışdır. Bu isə o deməkdir ki,  davamlı  separatist tendensiyaları erməni kartı ilə fokuslaşdıran və imper xarakterini yeni qaydalarla konsepsiyalaşdıran müasir Rusiya Avrasiya birliyi adı altında post-imperiyanı bərpa etməyə çalışır.   

Rusların yenidən regiona qayıtması mümkündürmü sualı ətrfında mülahizələr yürütməzdən öncə regionun siyasi xarakterini və bu xarakterin ideoloji elementlərini ümumi proseslərlə əlaqəli şəkildə təhlil etməliyik.

Son zamanlar Rusiyanın Şimal və Çənub konsepsiyaları arasında oxşar tendensiyalar müşahidə edilir. Bundan əvvəl Ermənistana açıq dəstək verməyən Şimal fenomeni hazırda Ermənistanla strateji müttəffiqlik nümayiş etdirir. Bu faktı,  Şimaldan gələn xüsusi jest və stratej presinq kimi qəbul etmək mümkündür. Mediyada gedən informasiyaların detalarına toxunmadan təxminən belə bir fikir yürütmək mümkündür ki, Cənubi Qafqazda,  Rusiyanın nəzarətində olan bölgələrdə separatizm siyasiləşdirilir. Bununla paralel Azərbayacana qarşı təsirlər artır və Daglıq Qarabag münaqişəsi fonunda Rusiya tərəfi konkret mövqe nümayiş etddirir. Beləki  Ermənistan sürətlə silahlandırılır.  Bütün bunlar isə təhlükəli tendensiyalardır. Hətta biz ermənilərin Xocalı Aeroportunun açılması istiqamətindəki qətiyyətinin psixaloji məqamlarına baxsaq görərik ki, bu qətiyyətin xarakterini formalaşdıran Şimal fenomeninidir.

 Hazırkı şəraitdə Rusiyanaın aktivləşməsi fonunda regionda separatizmə meyillik artmışdır. Xüsusilə Azərbaycanın daxilində bu kartı oyuna transfer etmək istəyən qüvvələrin ideoloji siyasi imkanaları kəşfiyyat sübyektlərinin bir başa iştirakı ilə formalaşdırılır. Bütün bunların həyta keçirilməsi zamanaı isə erməni kartından istifadə etmə meyilləri müşahidə edilir. Ermənistanın  xarici siyasət kursunda separatizmi dəstəkləyən tendensiyalar strateji xarakterlidir. Belə bir Şəraitdə hətta Türkiyənin də rahatsızlıgı müşahidə edilməkdədir. Təsadüfü deyuil ki, Moskvada “Prezident hotel”də “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının hüquqları konteksində tədbir keçirildiyi bir vaxtda erməni mənbuatı bu tədbiri etnik xalqların hüquqlarının müdafiəsi kimi qiymətləndirmişdir.

 Hazırkı şəraitdə Ermənistan regionun geosiyasi mənzərəsində separatizmi stimulaşdıran dövlətdir.Bu prosesdə erməni dövləti tək deyildir. Əgər Erməni dövləti bundan sonra da proseslərin bu istiqamət üzrə inkişaf etməsində maraqlı olacaqsa o zaman nəinki Ermənistan Azərbayacan potensial müharibəyə qoşulacaq,  hətta bütün Qafqazda sabitlik təhlükə altına alınacaqdır.

 Nəzərə almaq lazımdır ki,  Qafqazda böyük güclərin maraqları var və xüsusilə bu qüvvələr Rusiyadan zəif deyil əksainə bəzi parametirlər nəzərə alınmaqla Rusiyadan daha güclüdür.  

 

Qafqaz Bermud bucağı kimidir. Regiona daxil olmaq mümkündür,  amma...

 Ermənistanın dövlət siyasəti tezisi  əslində primitiv tezisdir. Çünki qeyd edildiyi kimi bu dövlət müstəqil dövlət deyildir. Onun üçündür ki, biz müasir Ermənistanı geosiyasi mənzərədə strateji təziyiq vasitəsi kimi qəbul etməliyik. Bununla da regionun siyasi mənzərəsində tamamilə fərqli konsepiyalarla nəyəsə ümud edə bilərik. Hazırda erməni kartından Gürcüstanda və Qafqazın digər regionlarındada istifadə edilir. Rusiyanın aktivləşməsi fonunda regionda qabarmalar və çəkilmələr müşahidə edilir. NATO və digər Qərb struktuları üçün regionda bu kimi tendensiyalar həyacanlı tendensiyalardır. Ancaq bununla paralel diplomatiyanın imkanları kifayət qədər genişdir və aktiv diplomatik fəaliyyətlə prosesləri tənzimləmək mümkündür. Hələlik Qərb dövlətləri ilə Rusiya arasında müşahidə edilən region daxili münasibətlərdə açıq diplomatiyaya meyillik hiss edilir. Belə bir şəraitdə Rusiya Türkiyə münasibətləri də  qeyri-müəyyən proseslərlə əlaqəli şəkildə inkişaf edir. Hazırda hər iki dövlətin iqtisadi maraqları siyasi maraqları müxtəlif formalara salmışdır. Belə ki Həm Rusiya həmdə Türkiyə geosiyasi mraqları iqtisadi maraqlarla kombinasiyalı formada təşkil etməyə meyyili siyasət həyata keçirdir. Bu isə fövqaladə önəmli strategiyadır.  Hazırda bu proseslərin fonunda, strateji balansın qorunub saxlanılması məsələlərində, tərəflərin xüsusi prinsipalllıgı müşahidə edilir.  Yəni bu da o, deməkdir ki, regiona iddialı olan tərəflər pərdə arxası aktiv geosiyasi fazaya daxil olsada iqtisadi maraqların təminatına xüsusi əhəmiyyət verir. Digər tərəfdən regionun inzibati ideoloji svilizasiyasına uzaq olmayan İranda geosiyasi proseslərdə aktivlik nümayiş etdirir. Hazırda İran strateji imkanlarını səfərbər etməklə məşguldur. Dogrudur İran hələik regionun siyasi mənzərəsində zəif elementdir. Ancaq Qafqaz xalqlaraı arasında dini təsübkeşlik simvolu kimi çıxış etmək istəyi İranı həyacanlandırır.

 Maraqlısı odur ki,regionun siyasi mənəzərəsində əsas separatist sübyekt rolunda yenədə Ermənistan çıxış edir və bu dövlətin mövcudlugu Cənubi Qafqaz regionunda sabitliyi təhdid edən əsas faktordur. Bu isə o, deməkdir ki regionun geosiyasi mənzərəsində Ermənistanın statusiu tərəflərə bəllidir. Digər tərəfdən imper xarakterin imkanaları erməni elementi ilə təşkil edilir. Bu zaman kimsə zəmanət verə bilməz ki, regionda baş verən proseslər fonunda,  Rusiya və Ermənistan şıltaqlıgına digər geosiyasi mərkəzlər tamamilə imkan vercək. Əlbətdə Türkiyənin imkanları təhlil edildikdə,  bu ölkənin əslində heç də Rusiyadan zəif olmadıgı ortaya çıxır. Bununla paralel  Türkiyə qətiyyətlə Cənubi Qafqazdakı maraqlarından əl çəkməyəcəyini, özünnün xarici siyasət proritetləri ilə nümayiş etdir. Belə bir şəraitdə Azərbayacanın xüsusi cəkisi Türkiyənin daxili siyasi sistemini rahat edə bilər. Aancaq Türkiyənin xarici siyasətindəki sistemilik də Azərbayacanın xarici siyasət sterategiyasını, eləcədə regiondakı mövqelərini gücləndirə bilər. Həlilk Rusiya, erməni kartı ilə Cənubi Qafqazın strateji mənzərəsinə nə qədər efektiv təsir edə bilər, sulaına  bir mənalı cavab vermək mümkün deyildir. Eyni zamanda regionda digər separatist konsepsiyaılar da gündəmdədir və bu kimi perosesləri maksimum ciddiyə almaq lazımdır. Hazırkı şəraitdə düşünülən odur ki, bundan sonrakı mərhələdə Rusiya hansı şəraitdə öz imkanalarını sürətlə intervalaşdıra bilər. Avropa və Türkiyə arasında olan münasibətlər də regionun siyasi mənəzərəsinə bir başa təsir edən faktorlardır. Rusiyanı Avropa və Türkiyə fonunda strateji müttəffiqlik konteksində şantaj etmək isə çətin görsənir. Hazırda Avropa daxilindsə Rusiya meyilli elitalar Türkiyənin regiondakı davranışlarını təhlükəli davaranışlar kimi xarakterizə etməyə başalamışdır. Bu isə hər halda İslam fenomeni konteksinə görə belədir.

Demək lazımdır ki, Rusiya qətiyyətlə tarixi keçmişdə oldugu kimi bir daha Cənubi Qafqaza qayıda bilməyəcək və bu əslində dövrün xüsusiyyətləri ilə sıx baglı olan məsələdir. Eyni zamanda həm Rusiya Həm də İran və Türkiyə zəhmət çəkib Cənubi Qafqazda sabitliyi qoruyub saxlamaq üçün Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələlərində səmimi olmalıdır. Hazırda strateji müttəffiqlik üç- iki prinsipi ilə təşkil edilsədə bu prosesi münaqişələrin həlli zamanı daha geniş trayektoriyaya yamaq olar. Bunun üçündür ki, Azərbayacan dövləti dəflərlə bəyan etmişdir ki, bizim üçün regional problemlərin həlli eyni zamanda region ölkələri arasında aftomatik əməkdaşlıga zəmin yaradan faktor ola bilər. Bu o, deməkdir ki rəsmi Bakı qətiyyətlə regiondakı münaqişələrin sülh yolu ilə eyni zamanda sürətlə həllinə tərafdardır. Ancaq bu kimi əməkdaşlıq mühtini yaratmaq üçün ilk öncə real təsirlər olmalıdır. Şübhəsiz regionun siyasi mənzərəsində geosiyasi mərkəzlərin çox böyük təsiri var və bu ge   osiyasi mərkəzlər bundan sonra bir çox suallara fəliyyəti ilə cavab vercək.

Cənubi Qafqazda möhkəmlənmək strategiyası ugurlu strategiya deyildir. Birincisi tarixi şərait və müasir dövrün xüsusiyyətləri buna imkan vermir. İkincisi isə srtaeji baxımdan qüvvlər nisbətində xeyli fərqliklər mövcudur. Demək olar ki, Cənubi Qafqaz regionunda strateji güc bir qayda olaraq mövcud deyildir və bu güc elastik əşya kimi istənilən təziq nəticəsində öz formasını dəyişə bilər. Həqiqətən indiki şəraitdə biz Avropanı vahid siyasi güc kimi,  Rusiya və Türkiyəni regional strateji aktor kimi, İranı ideoloji paradiqma konteksində, dəyərləndirərkən mütləq ABŞ- ı da proseslərin nəticəsini dəyşən qlobal güc kimi təsəvvür etməliyik. Bu isə onu izah edir ki, adını ilk dəfə çəkdiyimiz ABŞ - ın imkanaları son sözü deyə bilər. Onun üçündür ki, xarici təsirlər öz növbəsində daha çox demokratiya və fundameüntal maraqlar formatında təşkil edilsə bu məqsədə uygun olardı. Rusiya Cənubi Qafqaza girərsə, ki, bu əslində xəyalı konsepsyadır- o zaman aftomatik olaraq Türkiyə və İran prosesə maksimum kontr reflekslə daxil olacaq. Bu isə Rusiya üçün bölgədə yeni müharibə demək olardı.

Rusiya, Ermənistanı özünün geosiyasi maraqlarını daha rahat həyata keçirmək üçün yaratmışdır. Tarixi şərait baxmından bu prosesin təşkili zamanı isə ən çox məhrumiyyətlərlə üzləşən türklər olmuşdur. Bunun üçün də biz erməni amilinə xüsusi fon verməməliyik. Yəni erməniləri dövlət quran, qədim tarixə malik olan millət kimi qəbul etmək doğru deyildir. Təbi ki, bu cəmiyyətdə sürətlə şəraitə uyğunlaşmaq və təşkilatlanmaq instikti var. Ancaq bununla paralel müasir Ermənistan və onun siyasi xarakteri tamamilə dəyişgəndir. Onar tarixin hər hansı bir mərhələsində üfüqdə yeni bir güc mərkəzi gördüyü zaman o, istiqamətə sürünəcək. Bizim üçün Azərbayacan - Ermənistan - Dağlıq Qarabağ münaqişəsi daha geniş məhfumla ifadə edilməlidir.

Zamin Axundov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında