Avstriyalı deputat: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir

 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir. Trend-in məlumatına görə, bu fikri Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger cümə axşamı dostluq qrupunun Milli Məclisdə keçirilən görüşündə bildirmişdir.

Karl Öllenger qeyd etmişdir ki, Azərbaycan və Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranmışdır. Bu vəziyyət aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz.

Avstriyalı deputatın fikrincə, münaqişə ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır.

Azərbaycan tərəfindən dostluq qrupunun rəhbəri deputat Cavid Qurbanov isə görüşdə bildirmişdir ki, Azərbaycan istənilən dövlətlə, o cümlədən Ermənistan ilə sülh və dostluq şəraitində yaşamağa hazırdır, yeganə şərt Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır: “Danışıqlar prosesi nəticə verməsə, əlbəttə, biz torpaqlarımızı qaytarmaq üçün müharibəyə hazırıq.

Bunu dəfələrlə bizim dövlət başçımız da bildirmişdir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında