Azərbaycan-Litva əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

 

Martın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan litvalı həmkarı Linas Linkyeviçyus ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdən sonra Linas Linkyeviçyus jurnalistlərə müsahibə vermişdir. Bildirilmişdir ki, görüşdə Azərbaycan-Litva əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı, Litvanın quruma sədrlik edəcəyi dövrdə əsas prioritetlər müzakirə olunmuşdur.

Litvanın cari ilin ikinci yarısında Aİ-yə sədrliyi İrlandiyadan təhvil alacağını qeyd edən L. Linkyeviçyus vurğulamışdır ki, “Şərq tərəfdaşlığı” Proqramına üzv olan ölkələrə səfərin əsas məqsədi altı dövlətin hər birində müzakirələr aparmaq, onların perspektiv gözləntilərini, prioritetlərini müəyyənləşdirməyə çalışmaqdır. Bundan başqa, viza məsələləri, assosiativ saziş üzrə danışıqların gedişi, ikitərəfli münasibətlər kimi məsələlər də diqqət mərkəzindədir.

Litvalı nazir Azərbaycana səfəri çərçivəsində çox məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırmışdır. O demişdir: “Azərbaycanlı həmkarım ilə görüşdə noyabrın sonunda baş tutacaq ”Şərq tərəfdaşlığı" Proqramı ölkələrinin sammitindən gözləntilərə dair ortaq fikirlərimizin olduğunu müəyyənləşdirdik".

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın Litva rəhbərliyinə heç bir xəbərdarlıq etmədən bu ölkəyə səfər etməsi və işçi qrupu yaratmaqla bağlı təşəbbüs irəli sürməsinə dair sualı cavablandıran L. Linkyeviçyus ümidvar olduğunu bildirmişdir ki, bu hadisə Azərbaycan ilə Litva arasında münasibətlərə kölgə salmayacaqdır. Nazir demişdir: “Litva parlamentinin üzvlərinin mövqeyi və fikirləri bizim hökumətimizin rəsmi mövqeyini əks etdirmir. Bu cür halların ölkələrimiz arasında ikitərəfli əlaqələrə xələl gətirəcəyinə inanmıram”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında