Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın ən etibarlı tərəfdaşıdır

 

 

Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, enerji təhlükəsizliyi sahəsində Avropanın ən etibarlı tərəfdaşıdır. Biz Avstriya nümayəndə heyəti olaraq bunu yüksək qiymətləndiririk və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıyıq.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Noyqebauer martın 6-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Görüşdə Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələrinin çox qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında diplomatik münasibətlər yenidən bərpa olunmuşdur və əməkdaşlıq əlaqələrimiz  inkişaf edir. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin hərtərəfli inkişafını daha da sürətləndirəcəkdir.

O.Əsədov münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu gün iqtisadi, ticarət dövriyyəmiz də genişlənir. Lakin mövcud potensialı tam əhatə etmir. Azərbaycan-Avstriya hökumətlərarası komissiya da fəaliyyət göstərir və bu gün hər iki ölkə Nabukko, TANAP kimi layihələrin reallaşmasında maraqlıdır. İnanırıq ki, bu amillər bizi daha da yaxınlaşdıracaq və ticarət dövriyyəmiz də artacaqdır. Eyni zamanda, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəkdir. 

Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin də rolunu xüsusi qeyd etmiş, deputatlarımızın, parlamentlərdəki dostluq qruplarının qarşılıqlı səfərlərini və fəaliyyətlərini yüksək qiymətləndirmişdir.

Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, acı nəticələri, Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti  barədə qonaqlara ətraflı məlumat verən O.Əsədov demişdir ki, bu problem Azərbaycanın sürətli inkişafının qarşısını almağa yönəlmiş bir siyasətdir. Biz inanırıq ki, münaqişənin sülh yolu ilə həlli yolları hələ tükənməyib və problem tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaqdır.

 Fritz Noyqebauer demişdir ki, Azərbaycana səfərin məqsədi iki ölkə arasında dostluq münasibətlərinin, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Artıq iki gündür davam edən səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirmişik və çox faydalı danışıqlarımız olmuşdur. İnanırıq ki, bu səfərimiz, eləcə də qarşıda nəzərdə tutulmuş yüksək səviyyəli səfərlər və görüşlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verəcəkdir. Azərbaycan regionun lider dövlətidir və dünyada nüfuzu getdikcə artır. Biz əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Sevindirici haldır ki, bu barədə düşündüklərimiz azərbaycanlı həmkarlarımızın da fikirləri ilə üst-üstə düşür.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin, beynəlxalq təşkilatlarda birgə əməkdaşlığın perspektivləri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında