Novruz MƏMMƏDOV: Saakaşvilinin bəyanatını yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz məmmədov Newtimes.az portalına müsahibəsi.

 - Novruz müəllim, Azərbaycana səfərdən qayıtdıqdan sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili bəyanat verib. Bu bəyanata münasibətiniz necədir?

 - Bu bəyanata birmənalı münasibət bildirmək çətindir. Çünki bəyanatda qoyulan məsələlər təəccüb doğurur. Azərbaycanda və Gürcüstanda gedən proseslər arasında müəyyən oxşarlıq olsa da, tam paralellik aparmaq doğru deyil. Hər bir ölkənin daxili və xarici siyasətdə öz dəst-xətti var. Bu ölkələrdəki durum və proseslər bir sıra fundamental cəhətləri ilə fərqlənirlər.

 Digər tərəfdən isə Prezident Saakaşvilinin Rusiyadakı bir neçə azərbaycanlının Azərbaycana qarşı təhlükəli mövqedə olmaları barədə verdiyi bəyanatını yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır. Vahid Ələkbərov və digərləri haqqında Prezident Saakaşvilinin dediyi fikirlərin həqiqətə uyğun olması inandırıcı deyil. Mən şəxsən bu səfər zamanı keçirilən görüşlərdə iştirak etmişəm və sizə onu qətiyyətlə deyə bilərəm ki, deyilən fikirlər ətrafında heç bir müzakirə aparılmayıb və ona ehtiyac da yox idi.

 Bəyanatda söhbət Rusiyada yaşayan azərbaycanlılardan getdiyi üçün mən bildirirəm ki, bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli münasibətlər elə xarakter daşıyır və elə səviyyədədir ki, bəyanatda səslənən fikirlərə burada yer yoxdur və ola da bilməz. Mən təəssüf edirəm ki, o, Rusiya ilə bağlı fikirlərini Azərbaycana da aid edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında