Xocalı soyqırımı ilə bağlı İsveç parlamentində görüşlər keçirilmişdir

 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldğımız məlumatda bildirilir ki,  İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand və Türk Federasiyasının sədri Həsən Dölək tərəfindən İsveçə dəvət olunmuş Azərbaycanın millət vəkilləri Elton Məmmədov və Elman Məmmədovun İsveç Krallığındakı rəsmi görüşləri böyük maraq doğurmuşdur.

İsveç parlamentinin vitse spikeri Ulf Holmun başçılıq etdiyi Riksdaq rəsmiləri ilə görüşdə Xocalı faciəsi haqqında geniş məlumat verilmişdir. Riksdaqın deputatlarına faciə zamanı lentə alınmış fotoşəkillər yerləşdirilmiş CD-lər və Xocalı faciəsini əks etdirən ingilis dilində nəşr edilmiş kitablar təqdim olunmuşdur. Fotolarla tanışlıqdan sonra Riksdaq rəsmiləri bu mövzuyla əlaqədar əllərindən gələni edəcəklərinə dair azərbaycanlı millət vəkillərinə söz vermişlər. Səfər zamanı isveçli tələbələrlə də görüşlər keçirilmiş, onlara Xocalı soyqırımı  haqqında geniş məlumat verilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Xocalı faciəsi ilə bağlı İsveç Krallığında gerçəkləşmiş daha bir görüş isə Türkiyə və Azərbaycan diasporu ilə olmuşdur. “Xocalıya ədalət ” şüarı altında bir araya gələn Azərbaycan və Türkiyə diaspor nümayəndələri bir sıra təkliflərlə çıxış etmişlər. Yaxın gələcəkdə İsveçin siyasi partiyaları və beynəlxalq təşkilatlarla da görüşlər keçirilməsi nəzərdə tutulur.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında